İstanbulun bələdiyyələrində işləmiş 112 nəfər tutulub
Dünya 03 Okt 2017 11:16:59 596 0
Türkiyənin 8 əyalətində anti-terror əməliyyatı keçirilib
İstanbulun Böyük Şəhər Bələdiyyəsi və şəhərin müxtəlif rayonlarının bələdiyyələrində işləmiş 112 nəfər tutulub.
“Report” "Haberler"ə istinadən xəbər veir ki, onlar Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinin bir-biri ilə əlaqə saxladıqları ByLock rəqəmsal elektron proqramından istifadə etməkdə şübhəli bilinirlər.
Əməliyyat İstanbul başda olmaqla Türkiyənin Bursa, Düzce, Kocaeli, Niğde, Sakarya, Şanlıurfa və Rizə əyalətlərində keçirilib.
Mənbə: report.az