Suriyada Gürcüstanın 18 yaşlı vətəndaşı öldürülüb
Dünya 03 Okt 2017 11:26:03 557 0
Mate Kavtaraşvilinin sözlərinə görə, Suriya və İraqda indiyədək Gürcüstanın 26 vətəndaşı öldürülüb
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Əhməti rayonu Adminstrasiyası başçısının müavini Mate Kavtaraşvili bildirib.
İnformasiyaya əsasən, Pankis dərəsi, Kaxeti bölgəsinin Dumasturi kəndinin sakini M.Kuştanaşvili iki il əvvəl, 16 yaşı olanda Suriyaya gedib. O zaman valideynləri Gürcüstan hökumətindən onun geri qaytarılması üçün kömək istəyib. M.Kuştanaşvilinin Suriyadakı terrorçular, yoxsa Bəşşar Əsəd rejimi silahlıları tərəfindən döyüşlərdə iştirak edib-etmədiyi bilinmir. Ancaq onun öldürüldüyü artıq təsqdilənib.
M,Kavtaraşvili deyib ki, Suriya və İraqda indiyədək Gürcüstanın 26 vətəndaşı öldürülüb. Onların arasında Əbu-Umar aş-Şişani adı ilə tanınan Tarxan Batiraşvili də var. O, 2016-cı ilin iyulunda İraqın Şerqat şəhərində döyüşdə öldürülüb. T.Batiraşvili terrorçu İŞİD qruplaşmasının Suriyanın şimalındakı əyalətlər Hələb, Rakka, Latakiya və İdlib üzrə komandir olub. ABŞ onun barəsində informasiya çatdıran şəxsə 5 milyon dollar mükafat verəcəyini boyun olmuşdu.