İran XİN başçısı Qətərə gedib


Dünya 03 Okt 2017 10:22:43 588 0

İran XİN başçısı Qətərə gedib

Görüşdə ikitərəfli münasibətlərə və bölgədəki son hadisələrə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Qətərə gedib. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, o, ölkə paytaxtı Dohada Qətər əmiri Tamim bin-Hamad əl-Sani və əmirliyin xarici işlər naziri Məhəmməd bin-Abdurrahman əl-Sani ilə görüşəcək.

Görüşdə ikitərəfli münasibətlərə və bölgədəki son hadisələrə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Məumata görə, oktyabrın 2-də M.Zərif Oman paytaxtı Maksatda bu ölkənin xarici işlər naziri Yusuf bin-Ələvi ilə görüşərək, qarşlıqlı əməkdaşlığa dair məsələləri müzakirə edib.