Rusiya İŞİDin yeddi səhra komandirini məhv etdi
Dünya 03 Okt 2017 10:29:00 541 0
Rusiya Hava Kosmik Qüvvələrinin zərbələri nəticəsində son iki sutka ərzində Suriyada İŞİD-in yeddi səhra komandiri öldürülüb.
Son.az APA-ya isinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, zərbələr İŞİD-in Fərat çayının şərq sahillərində yerləşən mövqelərinə endirilib. Onun sözlərinə görə, öldürülən səhra komandirləri arasında Qazaxıstan əsilli Əbu İslam əl-Qazaxi də var. Əbu İslam əl-Qazaxi İŞİD-in Fərat vadisindəki silahlı qruplarına rəhbərlik edib.
Mənbə: milli.az