"Bir qadın var, hər gün birini özünə alır, birini məktəbli oğluna...” FOTO


Digərləri 30 Sen 2017 16:18:00 54 0

"Bir qadın var, hər gün birini özünə alır, birini məktəbli oğluna...”  FOTO

Azərbaycanda son vaxtlar istifadəsi geniş yayılmış energetik içkilərlə bağlı məsələ gündəmdədir. Həkimlər, ekspertlər, mütəxəssislər bu içkilərin yaş məhdudiyyəti olmadan kütləvi istifadəsindən, hər yerdə sərbəst satılmasından narahatlıq ifadə edirlər, onların insan orqanizmi üçün ciddi təhlükə olma

Əslində energetik içkilərin "beşiyində", yəni Qərb ölkələrində bu içkilərin kütləvi satışına çoxdan məhdudiyyət qoyublar. Məsələn, ABŞ, Fransa, Avstraliya, Danimarkada kimi inkişaf etmiş ölkələrdə energetik içkilərin yalnız apteklərdə satışına icazə verilir, o da ciddi yaş məhdudiyyəti tətbiq olunmaqla.

Uşaqdan tutmuş böyüyə qədər hamı "qanadlanır"

Azərbaycanda isə vəziyyət doğrudan da narahatedicidir. Energetik içkilər son illər sürətlə Azərbaycan bazarına yol tapıb və onu uşaqdan tutmuş böyüyə qədər heç bir məhdudiyyət olmadan hər kəsə satırlar. Bu içkilər geniş reklam olunur, kütləvi əyləncələrin keçirildiyi yerlərdə onları pulsuz paylayırlar. İş o yerə çatıb ki, Bakının bəzi dönərxanaları dönər və ya lahmacun kimi "ayaqüstü" yeməklər sifariş verən müştərilərə energetik içkini də "bonus" kimi verirlər.

İxtisasca həkim olan, energetik içkilərin qadağan olunması haqda təşəbbüs qaldırmağa hazırlaşan deputat Musa Quliyev deyir ki, enerji içkiləri insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər. Bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər.

"Energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir", - deputat bu günlərdə mətbuata müsahibəsində deyib.

Musa Quliyevin fikrincə, energetik içkilərin istər KİV-lərdə, istər reklam şitlərində, istərsə mağazalarda reklamının da qadağan olunması təklif olunur. Deputat hesab edir ki, enerji içkilərinin satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir. Həmçinin məktəblərdə və onların yaxınlığındakı iaşə obyektlərində energetik içkilərin satışına qadağa qoyulmalıdır.

"Hər gün iki "energetik" alır: birini özünə, birini uşağına..."

Son.az virtualaz.org -a istinadən qeyd edir ki, deputatın narahatlığı əbəs yerə deyil. Enerji içkiləri demək olar ki, Bakının bütün ərzaq mağazalarında sərbəst satılır. O cümlədən ölkənin ən ucqar kəndlərinə də ayaq açıb. Bakı mağazalarında satıcılar deyirlər ki, ən çox tələbat ucuz enerji içkilərinədir.

Mağazalarda ən ucuz "energetik"lər isə "Meyjoy" və "Boss"dur. Üzərində Türkiyədə istehsal edildiyi qeyd olunan bu içkilərin qiyməti 63 və 65 qəpikdir. Bakının Yasamal rayonundakı ərzaq mağazalarından birinin satıcısı deyir ki, onlarda ən çox satılan, bəzi məhsulların üzərində hədiyyə kimi verilən bu içkilər əslində yerli istehsaldır. Satışda ən bahalı enerji içkisi isə "Red bull" və "CocokTall"dır. Bu içkilərin qiymətləri isə 2 manat 60 - 2 manat 80 qəpikdir. Satıcının sözlərinə görə, baha olsa da, bu içkilər heç də pivə və spirtli içkilərdən az satılmır.

Son vaxtlar qızlar da alır

"Əsas alıcılar gənclərdir, yaşlılar arasında enerji içkisi içənə az rast gəlmişəm. Amma xüsusən, məktəb uşaqları daha çox enerji içkiləri alırlar. Əvvəl azyaşlılara satmırdım, fikirləşirdim ki, yəqin evdəkilərin xəbəri yoxdur, onlardan gizlin alırlar. Sonra gördüm ki, bəzi valideynlər özləri uşaqlarına enerji içkisi alırlar. Məsələn, bir qadın var, 6-7-ci sinifdə oxuyan uşağını məktəbdən gətirəndə demək olar ki, hər gün mağazadan iki enerji içkisi alır - birini özünə, birini uşağına", - deyə satıcı Mirqafar danışır.

Satıcının sözlərinə görə, bu içkilərin əsas müştəriləri taksi sürücüləri, xüsusən də uzaq yola çıxanlardır: "Deyilənə görə, yorğunluğu azaldır, yuxunu qaçırır. Çoxu buna görə enerji içkisini alır. Xüsusən də uzaq yola çıxanlar, taksi sürücüləri əsas müştərilərdir. Əvvəllər belə içkiləri daha çox oğlanlar alardı, son vaxtlar qızlar da enerji içkilərinə maraq göstərirlər", - deyə satıcı bildirir.

Satıcının sözlərinə görə, üzərində xaricdə istehsal olunduğu yazılsa da, bu içkilərin əksəriyyəti Azərbaycanda istehsal olunur.

Belə "qanadlandırır"...

Enerji içkilərinin üzərini oxuyan zaman tərkiblərinin təxminən eyni olduğunu görürük. Demək olar ki, bütün içkilərin tərkibi aşağıdakı komponentlərdən ibarətdir: sintetik stimulyator (quarana, kofein və s.), enerjivericilər (saxaroza, qlükoza), metabolizm prosesini sürətləndirən elementlər (vitaminlər, taurine), rəngləndirici və aromatizatorlar (süni və təbii maddələr).

Məsələn, "Red Bull" içkisinin tərkibində su, karbohidrat (11,3 q), taurin (400mq), kofein (32 mq), vitamin PP (8 mq), vitamin B5 (2 mq), vitamin B6 (2mq), vitamin B9 (0,02 mq), saxaroza, qlükoza, turşuluq tənzimləyicisi, aromatizator, boya maddələri var. Bu içkilər Avstriyada istehsal olunur.


Xəbərə aid fotolar

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı