Uşaqları intihara məcbur edən "Mavi balina" oyunu Azərbaycanda da yayılır FOTO


Digərləri 22 Sen 2017 12:01:00 43 0

Uşaqları intihara məcbur edən "Mavi balina" oyunu Azərbaycanda da yayılır  FOTO

Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib

Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən "Mavi balina" oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib.

Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla bağlı araşdırma yazısı yer alıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, oyunla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı rəsmi internet səhifəsi və ya internet ünvanının olmadığı bildirilir.

Rusiya çat səhifələrində oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə "oyunçu"dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur.

İstifadə edilən şantaj sistemindən "Black Mirror" - "Qara güzgü" filminin "Shut Up and Dance" (Sus və rəqs et) adlı bölümündə istifadə olunduğu ortaya çıxıb. Bu hekayədə veb kameradan çəkilən gizli gönüntülərin yayımlama təhdidi edən hakerlər qurbanları cinayət  törətməyə məcbur ediblər.

"Mavi Balina" oyununda 50 gün boyunca insanı qorxunc vəziyyətə salan 50 tapşırıqdan bəhs edir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə "öl, onsuz da yenidən doğulacaqsan" təlqini edilir. Bu oyunu oynayanların arasında sonda intihar əmrini yerinə yetirərək özünü öldürənlər var.

Oyunla bağlı ən əhatəli məlumat Rusiya polisindədir. Rusiyanın "Novaya" qəzetinin məlumatına görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.

"Mavi Balina" oyununa görə mart ayında Rusiyada bir gənc qızın intiharından sonra 6 ay ərzində 130 gəncin intiharıyla bağlı araşdırılma aparılıb. Oyunu idarə edən və əmrlər verən şəxsin kim və ya kimlər olması araşdırılıb. Bu zaman oyunun Qazaxıstan, Qırğızıstan, Ukrayna və Azərbaycana, buradan da Avropaya yayıldığı ehtimalı ortaya çıxıb. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də "Mavi Balina" oyunun yaradıcı olduğu ehtimalı var.


Xəbərə aid fotolar

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı