KİV: Rusiyada təlimlər zamanı helikopter insanlara raket buraxıb, yaralılar var - VİDEO


Dünya 19 Sen 2017 13:43:16 33 0

KİV: Rusiyada təlimlər zamanı helikopter insanlara raket buraxıb, yaralılar var - VİDEO

Hadisə Sankt-Peterburq yaxınlığındaLuqa poliqonunda baş verib

Sankt-Peterburq yaxınlığındakı Luqa poliqonunda "Qərb-2017" təlimləri zamanı fövqəladə hadisə baş verib. "Ка-52" helikopteri təsadüfən tamaşaçılara tərəf raket buraxıb. "Report" "66.ru" portalına istinadən xəbər verir ki, tamaşaçılardan iki nəfər yaralanıb.

Mənbənin məlumatına görə, "hava-yer" raketləri ehtiyatsızlıqdan buraxılıb və raketin hissələri jurnalistlərə dəyib. 

Hadisə zamanı iki nəfər ağır yaralanıb, bir neçə avtomobil yanıb.

İlkin məlumatlara görə, bədbəxt hadisə sentyabrın 17-də və ya 18-də baş verib, bu haqda rəsmi məlumat yayımlanmayıb.

Xatırladaq ki, sentyabrın 18-də Rusiya prezidenti Vladimir Putin Luqa poliqonunda olub. Onu müdafiə naziri Sergey Şoyqu müşayiət edib.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı