BakıŞamaxı yolunun sürüşmə zonasına düşən hissəsi yenidən qurulacaq


Digərləri 12 Sen 2017 21:39:00 61 0

BakıŞamaxı yolunun sürüşmə zonasına düşən hissəsi yenidən qurulacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 91-107-ci kilometrliyinin əsaslı təmirinə başlanılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, həmin ərazinin bəzi hissələri aktiv sürüşmə zonalarından keçir: "Yolun həmin hissəsinin yenidən qurulması üçün sənədlər hazırlanıb, yollarda tikiləcək mühərrik istehkam qurğuları hesablanıb və layihə aidiyyəti orqanlara təqdim edilib. Yaxın vaxtlarda yolun həmin hissəsinin təmirinə başlanılacaq".

A.Nəcəfli qeyd edib ki, təmir zamanı yolda baş verəcək sürüşmə hallarının da qarşısı alınacaq.

Qurum rəsmisi vurğulayıb ki, həmin yolda aktiv sürüşmə olan hissələr "Azəravtoyol" ASC-nin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır: "Aktiv sürüşmə zonaları olan bu ərazilərdə tez-tez sürüşmə halları baş verir. Sürüşmələr də həmin ərazidən keçən yolun torpaq qatına təsirsiz ötüşmür. Burada çökmə olan zaman sürüşmənin yaratdığı fəsadların dərhal aradan qaldırılması və yolda hərəkətin bərpasına maneçilik törədilməməsi üçün həmin ərazilər nəzarətdə saxlanılır".

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı