Avropalı diplomatlar Şəkiyə yığışacaqlar


Digərləri 12 Sen 2017 09:55:00 40 0

Avropalı diplomatlar Şəkiyə yığışacaqlar

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi yerli icra hakimiyyətlərinin dəstəyi ilə sentyabr ayında şimal-qərb bölgəsində, o cümlədən Şəkidə tədbirlər silsiləsi planlaşdırır.

Son.az bildirir ki, Nümayəndəlikdən trend-ə verilən məlumata görə, bu ayın 19-dan başlayaraq 1 həftə ərzində müxtəlif şəhərlərdə 10-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub.

"Avropa İttifaqı Avtobus Turu 2017" layihəsi çərçivəsində keçiriləcək tədbirlər İsmayıllı, Qax, Zaqatala və Şəki rayonlarını əhatə edəcək. Layihənin əsas məqsədi Azərbaycanın regionlarında insanları Aİ barədə məlumatlandırmaq və mədəniyyəti ilə daha yaxından tanış etmək, həmçinin yerli sakinlərin Avropa haqqında fikirləri ilə tanış olmaqdır.

Tədbir çərçivəsində İsmayıllı Peşə Təhsil Məktəbinin tələbələri üçün kulinariya və qonaqpərvərlik mövzusunda seminar, Qaxda E. Babayev adına 4 saylı məktəbdə 7-14 yaşlı uşaqlar arasında "Mənim Avropam" adlı rəsm müsabiqəsi, Zaqatalada Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr, kiçik və orta biznes nümayəndələri üçün master klasslar təşkil olunacaq.

"Aİ Avtobus Turu"nun əsas dayanacağı olan Şəkidə 2 gün ərzində müxtəlif sosial, mədəni və təhsil yönümlü tədbirlər - Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının kitabxanasında Aİ kitab guşəsinin açılışı, Avropa İttifaqı - Azərbaycan əlaqələri haqqında treyninq, ingilis dili müəllimləri üçün British Council təlimçisinin iştirakı ilə vorkşop, səfirlərin iştirakı ilə "Tolerantlıq" mövzusunda tələbələrin təqdimatı və debatı olacaq, həmçinin uşaq evində də tədbirlər keçiriləcək.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı