İŞİDə qoşulan azərbaycanlılar indi aradan çıxmaq üçün yollar axtarırlar


Digərləri 07 Sen 2017 15:58:00 79 0

İŞİDə qoşulan azərbaycanlılar indi aradan çıxmaq üçün yollar axtarırlar

Suriya və İraqda özünə "İslam dövləti" (İŞİD) qurmaq adı ilə birləşən terrorçuların aqibəti heç də yaxşı olmadı. Artıq son günləri yaşayan İŞİD-in istər Suriya, istərsə də İraqda ələ keçirdiyi şəhər və kəndlər bir-bir terrorçulardan azad olunur. 

Son olaraq yayılan məlumatlarda İraq ordu qüvvələrinin Təlafər şəhərini bir müddət mühasirədə saxladıqdan sonra İŞİD-dən tam azad etməsindən sonra əksəriyyəti xarici vətəndaşlardan ibarət olan 1300 İŞİD terrorçusu təslim olub.

Digər məlumatlarda isə qeyd edilir ki, "Haşdi Şabi" şiə milislərinin və İraq əsgərlərinin onları öldürməsindən qorxan 500-ə yaxın İŞİD üzvü öz ailələri ilə birlikdə Telafer şəhərinin şimalındakı İyaziyə qəsəbəsindəki kürd-peşmərgə qüvvələrinə təslim olub.

Təslim olan terrorçuların əsasən Çeçenistan, Əfqanıstan, Rusiya, Fransa, İngiltərə, Türkiyə, Yəmən, Tunis, Əfqanıstan, Misir və və digər ölkə vətəndaşları olduğu bildirilir. Digərlərinin arasında azərbaycanlılar da var.   

Videonu izləmək üçün şəklə klikləyin:

Daha sonra Suriyanın Deyr əz-Zor şəhərinin də mühasirəsi yarılıb və 3 il ərzində Deyr əz-Zor şəhərini İŞİD terrorçularından müdafiə edən 137-ci briqada qüvvələri ilə Suriya ordusu şəhərdə birləşiblər.

Son məlumatlara görə, İraq və Suriyada baş verən bu döyüşlərdə Azərbaycandan gedərək İŞİD-ə qoşulmuş 200-ə yaxın şəxs öldürülüb. Ümumilikdə, İraq və Suriyada döyüşlərdə öldürülən azərbaycanlıların sayı yüzlərlədir.  Lakin hələ İŞİD terrorçularından tam təmizlənməmiş ərazilər də qalır. Amma onların da aqibəti artıq indidən bəllidir və bunu İŞİD-çilərin özləri də yaxşı bilir. Ona görə də artıq quyruğunun qapı arasında qaldığını görən terrorçular aradan çıxmaq üçün müxtəlif yollar arayırlar. Vaxtilə guya cənnətə düşmək üçün İŞİD-ə qoşularaq döyüşlərə atılanlar indi artıq ölmək fikrindən vaz keçiblər. Məlumata görə, terrorçuların arasında böyük təşviş var. Ərzaq yox, su yox, dərman yox. Ona görə də çoxları əllərində olan pulları, qızılları, topladıqları qənimətləri verərək Türkiyəyə keçməyə çalışır. Bəziləri isə vaxtilə kafir adlandıraraq əlaqələrini üzdükləri Azərbaycandakı ailələrinə müraciət edərək kömək istəyiblər. Vəziyyət o həddə çatıb ki, onlar hətta internetlə video müraciət etmək niyyətindədir.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı