Tarik Elyunussi: "Azərbaycanla oyundan əvvəl "Qarabağ"a keçəcəyimdən əmin deyildim"


İdman 02 Sen 2017 14:18:00 57 0

Tarik Elyunussi: "Azərbaycanla oyundan əvvəl "Qarabağ"a keçəcəyimdən əmin deyildim"

Norveç millisinin futbolçusu Tarik Elyunussi "Qarabağ"a keçidi haqda danışıb.

"Olimpiakos"dan "Qarabağ"a icarəyə verilən yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində yığmamızla matçdan əvvəl “Qarabağ”ın futbolçularının ona isti münasibət bəslədiyini bildirib:

"Bir müddətdir ki, danışıqlar aparırdıq. Oyundan əvvəl isə transfer rəsmiləşdi. Bu keçiddən "Qarabağ"ın futbolçularının da məlumatı var idi. Çünki onlar mənə qarşı isti münasibət göstərdilər. Yaxşı insanlara oxşayırdılar. Hər birinə təşəkkür etdim".

29 yaşlı oyunçu "Qarabağ"a keçidinin oyundan əvvəl rəsmiləşdiyini söyləyib: 

"Azərbaycanla matç başlamamışdan əvvəl danışıqlar gedirdi. "Qarabağ"a keçəcəyimdən tam əmin deyildim. Paltardəyişmə otağını tərk edəndə telefonumu söndürüb ora qoydum. Qarşılaşma başa çatandan sonra isə transferin rəsmiləşdiyini gördüm. Bu, mənim üçün maraqlı olacaq. Çempionlar Liqasında oynamaq hər oyunçunun arzusudur. İnanıram ki, karyeram Azərbaycanda uğurlu olacaq. Yeni ölkə və yeni mədəniyyətlə tanış olacam. Əvvələr bir neçə dəfə Bakıda olmuşam. Çox gözəl şəhərdir". sportal

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı