FHN Gürcüstanda meşə yanğınlarının söndürülməsinə kömək üçün helikopter göndərib


Digərləri 30 Avq 2017 14:40:00 33 0

FHN Gürcüstanda meşə yanğınlarının söndürülməsinə kömək üçün helikopter göndərib

FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Bakı. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Trend-in FHN-ə istinadən verdiyi məlumata görə, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. FHN-in Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 30-da havaya qalxıb və yaxın saatlarda qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.
BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı