Gürcüstanın baş naziri yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-in heyəti ilə görüşüb (FOTO)


Digərləri 26 Avq 2017 13:43:00 68 0

Gürcüstanın baş naziri yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-in heyəti ilə görüşüb (FOTO)

Giorgi Kvirikaşvili Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-nin yanğınsöndürmə-xilasetmə dəstəsinin şəxsi heyəti ilə görüşüb.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə-xilasetmə dəstəsinin şəxsi heyəti ilə görüşüb. FHN-dən trend-ə verilən məlumata görə, Baş nazir fəlakətlə mübarizədə Gürcüstana göstərdiyi köməyə görə Azərbaycan prezidenti, hökuməti və xalqına minnətdarlığını bildirib. Görüşdə FHN-in heyətinə təşəkkür edən G.Kvirikaşvili Azərbaycanın təbii fəlakət zonasına helikopter göndərən ilk dövlət olduğunu və bunu yüksək qiymətləndirdiklərini ifadə edib. Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Mudafiə Qoşunları və Aviasiya dəstəsinin müvafiq yanğınsöndürmə texnika və şəxsi heyətindən ibarət yanğınsöndürmə-xilasetmə dəstəsi onlara həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarının söndürülməsini uğurla davam etdirir.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı