Putinin dostları: Rotenberq qardaşları azərbaycanlı milyarderlərin göydələninə şərik olur


Digərləri 26 Avq 2017 10:00:00 77 0

Putinin dostları: Rotenberq qardaşları azərbaycanlı milyarderlərin göydələninə şərik olur

Rusiyada prezident Vladimir Putinin dostu kimi tanınan Arkadi və Boris Rotenberq qardaşları “Moskva-Siti” Moskva beynəlxalq işgüzar mərkəzinin ərazisində inşa olunan “Grand Tower” göydələninə ortaq olur.

Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” yazıb. Göydələni inşa edənlər azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevdir. Əslində Putinin digər dostu İlham Rəhimov əvvəldən onların biznes ortağıdır.

Qəzetin yazdığına görə Rotenberq qardaşlarına məxsus SMP-bank layihənin maliyyə partnyoru kimi cəlb ediləcək. İndiyə qədər layihənin mülkiyyətçisi olan, Qod Nisanov, Zarah İliyev və İlham Rəhimova məxsus “Kiyevskaya ploşad” MMC isə baş podratçı statusunu daşıyacaq. Nisanov və İliyev göydələnin tikilməsi üçün ərazini 2011-ci ildə Moskva meriyasından 7.2 milyard rubla alıblar.

Biznesmenlər ərazidə ümumi sahəsi 315 min kvadratmetr olan “Grand Tower” çoxfunksiyalı kompleksini inşa edirlər. Bu kompleksdə ofislər və apartamentlər yerləşəcək. İliyev və Nisanov Moskvanın daşınmaz əmlak krallarıdır, onların mülkiyyətində kommersiya təyinatlı çoxsaylı daşınmaz əmlak var. Göydələnin tikintisinin gələn il başa çatdırılması planlaşdırılır.

“Knight Frank” konsaltinq şirkətindən Alan Baloyev hesab edir ki, kompleksin tikintisi təxminən yarım milyard dollara başa gələcək. Baş podratçıların bu tikintidən qazancı 3.75-5.4 milyard rubl ola bilər. Lakin podratçılar bu qazancı pul şəklində deyil, hazır binada məbləğə uyğun kvadratmetrlərlə əldə edəcəklər.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı