Bakı sakinini döyüb pulunu alan şəxslər tutulub


Sosial 25 Avq 2017 12:01:01 58 0

Bakı sakinini döyüb pulunu alan şəxslər tutulub

Faktla bağlı araşdırma aparılır

Bakı şəhər sakinini bıçaqla hədələyərək pulunu alan şəxslər tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytıməlumat yayıb.

Belə ki, avqustun 24-də Yasamal rayonunun Z.Xəlilov küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Ceyhun Xəlilbəylini döyüb bıçaqla hədələyərək ondan 1000 manat pul alıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Vaqif Əliyev, Fərid İbrahimov və Abşeron rayon sakini Ruslan Ardatyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı