Avtobus sürücüsünü silahla hədələyən şəxsin digər dələduzluq əməlləri ortaya çıxıb


Digərləri 22 Avq 2017 17:15:00 63 0

Avtobus sürücüsünü silahla hədələyən şəxsin digər dələduzluq əməlləri ortaya çıxıb

Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.

Bakı. Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən birgə məlumata görə, Belə ki, avqustun 16-da saat 22 radələrində Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Orxan Cəmil oğlu 85 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun onun işarəsi ilə saxlanılmamasına görə marşrutun sonuncu dayanacağına gəlib avtobusa daxil olaraq sürücü ilə mübahisə edib ona hədə qorxu gəlmiş, daha sonra üzərində gəzdirdiyi odlu silaha bənzər əşyanı nümayiş etdirərək qərəzli xuliqanlıq hərəkətləri törədib hadisə yerindən uzaqlaşıb. Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində O.Orucov avqustun 22-də şübhəli şəxs qismində tutulub, üzərinə baxış keçirilərkən bir ədəd pnevmatik tapança və 7 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaqın gedişində, O.Orucovun Məmmədov Elnur Ağa oğlunu həbsdən azad etdirəcəyini vəd verib sonuncunun atası Ağa Məmmədovun 16500 manat pulunu ələ keçirməklə dələduzluq etməsi müəyyən edilib. O.Orucovun əməlləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib. O.Orucov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
loading...
Avqustun 23-nə manatın məzənnəsi like
  • 22 Avq 17:05  
Digərləri Avqustun 23-nə manatın məzənnəsi

Avqustun 23-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
FHN Neftçilər prospektindəki yanğınla bağlı məlumat yayıb like
  • 22 Avq 16:52  
Digərləri FHN Neftçilər prospektindəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Neftçilər prospektində geyim mağazasınd

arrow Ətraflı
Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarxa SƏS VERİN like
  • 22 Avq 16:39  
Digərləri Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarxa SƏS VERİN

BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) rəsmi internet saytında Az

arrow Ətraflı
“Qarabağ” əks-hücumlara üstünlük verəcək" like
  • 22 Avq 15:21  
İdman “Qarabağ” əks-hücumlara üstünlük verəcək"

“Qarabağ”ın əks-hücumlara üstünlük ve

arrow Ətraflı
Məişət tullantılarına görə daha bir bələdiyyə sədri cərimələnib like
  • 22 Avq 15:12  
Digərləri Məişət tullantılarına görə daha bir bələdiyyə sədri cərimələnib

Məişət tullantılarının idarə olunmamasına görə daha bir bələdiyyə s

arrow Ətraflı
Bakının mərkəzində mağazada baş verən yanğın söndürüldü like
  • 22 Avq 15:12  
Digərləri Bakının mərkəzində mağazada baş verən yanğın söndürüldü

Bakının mərkəzində mağazada baş verən yanğın söndürül&u

arrow Ətraflı
“Müəllimlər hər il doğur, məktəbdə təhsil isə qısır qalıb”  Şikayət like
  • 22 Avq 15:11  
Digərləri “Müəllimlər hər il doğur, məktəbdə təhsil isə qısır qalıb” Şikayət

Lerik rayon Siyov kənd, şəhid Mehman Qafarov adına tam orta məktəbin ibtid

arrow Ətraflı
Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək like
  • 22 Avq 15:10  
Sosial Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Qəbulda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşların ədliy

arrow Ətraflı
Bakıda hovuzda gənc oğlan batdı like
  • 22 Avq 15:10  
Digərləri Bakıda hovuzda gənc oğlan batdı

Su hovuzunda 24-27 yaşlarında olan kişi meyiti tapılıb.

arrow Ətraflı
Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı like
  • 22 Avq 15:02  
Digərləri Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsin

arrow Ətraflı
Ərdoğan: "Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək" like
  • 22 Avq 15:02  
Dünya Ərdoğan: "Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək"

Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə ver

arrow Ətraflı
"Azərbaycan millisi son 2 ildə 60 pillə yüksəlib" like
  • 22 Avq 15:00  
İdman "Azərbaycan millisi son 2 ildə 60 pillə yüksəlib"

Norveç yığmasının baş məşqçisi Lars Laqerbek futbol

arrow Ətraflı