Azərbaycan Bişkekdə keçiriləcək “Müasir dünyəvi dövlətdə İslam” adlı beynəlxalq konfransa dəvət olunub (FOTO)


Digərləri 22 Avq 2017 17:35:00 33 0

Azərbaycan Bişkekdə keçiriləcək “Müasir dünyəvi dövlətdə İslam” adlı beynəlxalq konfransa dəvət olunub (FOTO)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.

Bakı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, M.Qurbanlı Qırğız Respublikası ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərindən danışıb. Ölkəmizdə vicdan və etiqad azadlığının konstitusion təminat altında olduğunu bildirən M.Qurbanlı dövlətimizin din siyasətinin demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını diqqətə çatdırıb. Azərbaycan əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini deyən komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. M.Qurbanlı bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Ölkəmizdə bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğuna diqqət çəkən Komitə sədri qeyd edib ki, müasir dövrdə İslam aləminin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Səmimi görüşə görə minnətdarlığını bildirən Bakıt Yusupov deyib ki, Azərbaycanda dini ekstremizmə və radikalizmə qarşı mübarizə haqqında kifayət qədər məlumatları var və bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasında maraqlıdırlar. Qonaq, eyni zamanda, Azərbaycan nümayəndə heyətini 28-29 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək “Müasir dünyəvi dövlətdə İslam” adlı beynəlxalq konfransa dəvət edib. B.Yusupov qeyd edib ki, konfrans ölkələrin milli-mədəni kimliyinin qorunması, din pərdəsi altında yayılan radikal ideyaların qarşısının alınması, dövlət-din münasibətlərində demokratik dövlət idarəçiliyinin effektivliyinin gücləndirilməsi məqsədilə təşkil ediləcək. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı da iştirak edib.
loading...
Avqustun 23-nə manatın məzənnəsi like
  • 22 Avq 17:05  
Digərləri Avqustun 23-nə manatın məzənnəsi

Avqustun 23-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
FHN Neftçilər prospektindəki yanğınla bağlı məlumat yayıb like
  • 22 Avq 16:52  
Digərləri FHN Neftçilər prospektindəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Neftçilər prospektində geyim mağazasınd

arrow Ətraflı
Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarxa SƏS VERİN like
  • 22 Avq 16:39  
Digərləri Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarxa SƏS VERİN

BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) rəsmi internet saytında Az

arrow Ətraflı
“Qarabağ” əks-hücumlara üstünlük verəcək" like
  • 22 Avq 15:21  
İdman “Qarabağ” əks-hücumlara üstünlük verəcək"

“Qarabağ”ın əks-hücumlara üstünlük ve

arrow Ətraflı
Məişət tullantılarına görə daha bir bələdiyyə sədri cərimələnib like
  • 22 Avq 15:12  
Digərləri Məişət tullantılarına görə daha bir bələdiyyə sədri cərimələnib

Məişət tullantılarının idarə olunmamasına görə daha bir bələdiyyə s

arrow Ətraflı
Bakının mərkəzində mağazada baş verən yanğın söndürüldü like
  • 22 Avq 15:12  
Digərləri Bakının mərkəzində mağazada baş verən yanğın söndürüldü

Bakının mərkəzində mağazada baş verən yanğın söndürül&u

arrow Ətraflı
“Müəllimlər hər il doğur, məktəbdə təhsil isə qısır qalıb”  Şikayət like
  • 22 Avq 15:11  
Digərləri “Müəllimlər hər il doğur, məktəbdə təhsil isə qısır qalıb” Şikayət

Lerik rayon Siyov kənd, şəhid Mehman Qafarov adına tam orta məktəbin ibtid

arrow Ətraflı
Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək like
  • 22 Avq 15:10  
Sosial Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Qəbulda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşların ədliy

arrow Ətraflı
Bakıda hovuzda gənc oğlan batdı like
  • 22 Avq 15:10  
Digərləri Bakıda hovuzda gənc oğlan batdı

Su hovuzunda 24-27 yaşlarında olan kişi meyiti tapılıb.

arrow Ətraflı
Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı like
  • 22 Avq 15:02  
Digərləri Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsin

arrow Ətraflı
Ərdoğan: "Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək" like
  • 22 Avq 15:02  
Dünya Ərdoğan: "Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək"

Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə ver

arrow Ətraflı