Rusiyalı ekspert: Ermənistan Qərbin simasında özünə yeni güc mərkəzi axtarmağa çalışır


Digərləri 22 Avq 2017 17:39:28 53 0

Rusiyalı ekspert: Ermənistan Qərbin simasında özünə yeni güc mərkəzi axtarmağa çalışır

Ermənistanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması Rusiyanın bu gün nə Ermənistanın, nə də erməni xalqının maraqlarını müdafiə etmək gücündə olduğunu düşünən rəsmi Yerevanın yeni siyasi xəttidir.

Bakı. Səba Ağayeva - Ermənistanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması həm Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində əsas vasitəçi, həm də iqtisadi və siyasi kontekstdə ölkənin əsas tərəfdaşı olan Rusiyanın bu gün nə Ermənistanın, nə də erməni xalqının maraqlarını müdafiə etmək gücündə olduğunu düşünən rəsmi Yerevanın yeni siyasi xəttidir. Bunu Trend-ə "Yeni Rusiya" hərəkatının lideri, politoloq, tanınmış ictimai xadim Nikita İsayev deyib. O qeyd edib ki, Ermənistanın Avropa İttifaqı, ümumilikdə Qərblə yaxınlaşması artıq təəccüblü xəbər deyil: "Bundan başqa, bu yaxınlaşma həm iqtisadi, həm də siyasi məkanda kifayət qədər irəliləyib. Eləcə də NATO ilə əməkdaşlıq Yerevan üçün prioritet hesab edilir. Belə olan halda, Ermənistan öz siyasi və iqtisadi maraqlarını qorumaq, həmçinin öz siyasi və iqtisadi sistemlərini yenidən qurmaq üçün Brüsselin qismində yeni güc mərkəzi axtarır". N.İsayev bildirib ki, Ermənistanın NATO ilə əməkdaşlığı istiqamətində aparılan bütün danışıqlar prosesi, o cümlədən Rusiyanın geosiyasi və hərbi rəqibi olan Alyansın himayəsi altında ilə avqustun əvvəlində Gürcüstanda keçirilən təlimlərdə iştirakı ondan xəbər verir ki, Ermənistan özünə alyansın qismində dəstək axtarır. Ekspertin fikrincə, böyük ehtimalla bu proses sakit formada, Ukraynada olduğu kimi deyil, daxili qarışıqlıq olmadan keçəcək. Çünki Ermənistanda açıq rusiyayönümlü meyillər cəmiyyətdə fikir ayrılığının yaranması üçün kifayət qədər deyil: “Ermənistan öz seçimini edib və düşünürəm ki, bundan sonra Ermənistan rəsmilərinin avrointeqrasiya ilə bağlı şərhlərinə və bəyanatlarına təəccüblənməyin heç bir mənası yoxdur”. Politoloqun sözlərinə görə, bu halda Rusiya praqmatik mövqe tutmalıdır və başqa cür addım atmaq lazım deyil: “Rusiya artıq Ermənistanı özünün “rus dünyası”nın bir hissəsi kimi deyil, avrointeqrasiyanın tərəfdarı kimi qəbul etməli və Ermənistanla münasibətlərini başqa istiqamətdə qurmalıdır”.
loading...
Avqustun 23-nə manatın məzənnəsi like
  • 22 Avq 17:05  
Digərləri Avqustun 23-nə manatın məzənnəsi

Avqustun 23-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
FHN Neftçilər prospektindəki yanğınla bağlı məlumat yayıb like
  • 22 Avq 16:52  
Digərləri FHN Neftçilər prospektindəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Neftçilər prospektində geyim mağazasınd

arrow Ətraflı
Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarxa SƏS VERİN like
  • 22 Avq 16:39  
Digərləri Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarxa SƏS VERİN

BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) rəsmi internet saytında Az

arrow Ətraflı
“Qarabağ” əks-hücumlara üstünlük verəcək" like
  • 22 Avq 15:21  
İdman “Qarabağ” əks-hücumlara üstünlük verəcək"

“Qarabağ”ın əks-hücumlara üstünlük ve

arrow Ətraflı
Məişət tullantılarına görə daha bir bələdiyyə sədri cərimələnib like
  • 22 Avq 15:12  
Digərləri Məişət tullantılarına görə daha bir bələdiyyə sədri cərimələnib

Məişət tullantılarının idarə olunmamasına görə daha bir bələdiyyə s

arrow Ətraflı
Bakının mərkəzində mağazada baş verən yanğın söndürüldü like
  • 22 Avq 15:12  
Digərləri Bakının mərkəzində mağazada baş verən yanğın söndürüldü

Bakının mərkəzində mağazada baş verən yanğın söndürül&u

arrow Ətraflı
“Müəllimlər hər il doğur, məktəbdə təhsil isə qısır qalıb”  Şikayət like
  • 22 Avq 15:11  
Digərləri “Müəllimlər hər il doğur, məktəbdə təhsil isə qısır qalıb” Şikayət

Lerik rayon Siyov kənd, şəhid Mehman Qafarov adına tam orta məktəbin ibtid

arrow Ətraflı
Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək like
  • 22 Avq 15:10  
Sosial Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Qəbulda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşların ədliy

arrow Ətraflı
Bakıda hovuzda gənc oğlan batdı like
  • 22 Avq 15:10  
Digərləri Bakıda hovuzda gənc oğlan batdı

Su hovuzunda 24-27 yaşlarında olan kişi meyiti tapılıb.

arrow Ətraflı
Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı like
  • 22 Avq 15:02  
Digərləri Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsin

arrow Ətraflı