Gənclər üçün "krizis telefon xətti" bərpa edilib


Digərləri 22 Avq 2017 20:14:04 45 0

Gənclər üçün "krizis telefon xətti" bərpa edilib

Gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstərilməsi məqsədi ilə “Krizis telefon xətti”nin işi bərpa edilib.

Bakı. Gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstərilməsi məqsədi ilə “Krizis telefon xətti”nin işi bərpa edilib. Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq gənclər 510-66-36 nömrəli telefon nömrələrinə zəng etməklə onları narahat edən sualları mütəxəssislərə ünvanlaya bilərlər. Fəaliyyət göstərən xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Burada qeyd etmək yerinə düşər ki, krizis vəziyyətinə düşmənin müxtəlif səbəbləri ola bilər ki, onlar arasında da, gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə alüdəçilik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla münasibətlərin kəsilməsi, ayrılıq, ailədaxili münaqişələr və s yer alır. Krizisə vaxtında müdaxilənin edilməməsi gənc tərəfindən qeyri-adekvat addımların atılmasına gətirib çıxara bilər, məsələn, başqasına və özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s buna şamil edilə edilər. Məlumat üçün bildirək ki, “Gənclər üçün Krizis Xətti” layihəsi Gənclər və İdman nazirliyi tərəfindən ilk dəfə 2006-ci ildə dəstəklənmişdir. Analoji beynəlxalq metodikalar əsasında təşkil edilən və on ildən artıq dövrdə mütəmadi dəstək almış xidmətdə xüsusi hazırlıq keçmiş peşəkar mütəxəssilər işləyir. Fəliyyət göstərdiyi vaxt ərzində xəttə 35 mindən artıq zəng daxil olmuşdur. “Krizis telefon xətti” 14-29 yaşda olan gənclər ücün nəzərdə tutulsa da, zəng edənlər arasında digər yaş grupunun da nümayəndələri vardır. Krizis xidmətinə müraciət edənlər sırasında ən gənc istifadəçinin yaşı 7, ən yuxarı yaş həddində olanın isə – 60 qeyd edilir. “Krizis telefon xətti” Bakı şəhərinin əhalisi ücün nəzərdə tutulmasına baxmayaraq, xidmətə Azərbaycanın rayonlarından da çox sayda zənglər daxil olur. Qeyd edək ki, xidmət pulsuz və anonimdir. Bütün zənglər haqqında məlumat xüsusi hazırlanmış "Krizis vəziyyətlərin kodifikatoru"nda əks etdirilir. Bu məlumatlar ətraflı və etibarlı məlumat bankını formalaşdırır və təhlil olunur. Xidmətdə işləmək üçün psixologiya üzrə mütəxəssislər seçilib. Həmin şəxslərə peşəkar mütəxəssislər tərəfindən 6 günlük əlavə xüsusi treninq də keçilib. Gənclər üçün Krizis Xəttinə müraciət üçün (012) 5106636 şəhər telefon nömrəsini yığmaq kifayətdir.
loading...
Paris son 10 ilin rekordunu təzələdi like
  • 22 Avq 19:52  
Digərləri Paris son 10 ilin rekordunu təzələdi

Fransa paytaxtını ziyarət edən turistlərin sayı ötən ilin müvafiq dövr

arrow Ətraflı
"Qarabağ"ın rəqibinə azarkeş cəzası like
  • 22 Avq 19:48  
İdman "Qarabağ"ın rəqibinə azarkeş cəzası

"Kobenhavn" Çempionlar Liqasının pley-off mərhələsində "Qar

arrow Ətraflı
Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır like
  • 22 Avq 19:33  
İqtisadiyyat Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur

arrow Ətraflı
Tahir Rzayev: Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyanı satacaq like
  • 22 Avq 19:17  
Digərləri Tahir Rzayev: Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyanı satacaq

Ermənilər daim ikili siyasət yürüdüb və bu, belə də davam edəcək.

arrow Ətraflı
Dənizdə batan şəxs xilas edilib like
  • 22 Avq 19:05  
Digərləri Dənizdə batan şəxs xilas edilib

Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.

arrow Ətraflı
“Kəpəz” "Neftçi" üçün hazırlaşır like
  • 22 Avq 19:04  
İdman “Kəpəz” "Neftçi" üçün hazırlaşır

Topaz Premyer Liqasının 3-cü turunda səfərdə “Neft&ccedi

arrow Ətraflı
Fransanın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq mühitindən bəhs edilib like
  • 22 Avq 18:44  
Digərləri Fransanın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq mühitindən bəhs edilib

Fransanın nüfuzlu RDL 68 103.5 FM radiosunun efirində Azərbaycana həsr olun

arrow Ətraflı
Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb like
  • 22 Avq 18:40  
Dünya Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb

O, ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış lid

arrow Ətraflı
"Roma"nın forvardı Meksika klubunda like
  • 22 Avq 18:29  
İdman "Roma"nın forvardı Meksika klubunda

İtaliyanın "Roma" kubunun hücumçusu Xuan Manuel İturbe ka

arrow Ətraflı
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI like
  • 22 Avq 18:21  
Digərləri Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin hə

arrow Ətraflı