İsmayıl Səragəldin: "Bakının dünya üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb"


Siyasət 22 Avq 2017 12:10:27 48 0

İsmayıl Səragəldin: "Bakının dünya üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb"

Bakının dünyanın tanınmış liderlərini bir araya gətirmək, bu gün və sabah üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri İsmayıl Səragəldin deyib.

O qeyd edib ki, Bakı Qlobal Gənc Liderlər Forumu yeni bir ideyadır: "Burada bir çox ölkələrdən gənclər bir araya gəlir, sabiq prezidentlər, liderlər ilə müzakirələr aparır, onların təcrübələrindən bəhrələnirlər. Bu, gələcəyə doğru atılan yeni bir addımdır. İnanıram ki, bu təşəbbüs davam edəcək və daha çox gənc bura qoşulacaq".

İ.Səragəldin vurğulayıb ki, bu forum dünya gəncləri, ölkələri arasında əlaqələrin inkişaf etməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, avqustun 21-dən Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən forum avqustun 24-dək davam edəcək.

Forumun işində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iştirak edirlər.

Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub. Həmçinin tədbirə dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısı, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları qatılıb.

Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırlar.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunur, debatlar təşkil edilir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Riçard Almeyda "Biznes-liqa" ABL Cup mini-futbol turnirinin siması oldu (VİDEO) like
  • 22 Avq 12:10  
Digərləri Riçard Almeyda "Biznes-liqa" ABL Cup mini-futbol turnirinin siması oldu (VİDEO)

Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-

arrow Ətraflı
Sabah gözlənilən hava şəraiti açıqlanıb like
  • 22 Avq 12:09  
Digərləri Sabah gözlənilən hava şəraiti açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Qardaşı qızı ilə sevişən aparıcının daha bir xəyanəti üzə çıxdı  VİDEO like
  • 22 Avq 12:09  
Digərləri Qardaşı qızı ilə sevişən aparıcının daha bir xəyanəti üzə çıxdı VİDEO

Ötən ay Bodrumda qardaşı qızı ilə həyat yoldaşına xəyanət edən apar

arrow Ətraflı
Sabah Bakıda 37, rayonlarda 39 dərəcə isti olacaq like
  • 22 Avq 12:08  
Sosial Sabah Bakıda 37, rayonlarda 39 dərəcə isti olacaq

Bakıda şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əv

arrow Ətraflı
“Azərbaycan Mikro-Kredit” BOKT manatla istiqraz buraxır like
  • 22 Avq 12:06  
İqtisadiyyat “Azərbaycan Mikro-Kredit” BOKT manatla istiqraz buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası istiqraz emissiyasını dövlət qeydi

arrow Ətraflı
Məşhur model Türkiyədə əməliyyat olundu  FOTO like
  • 22 Avq 12:05  
Digərləri Məşhur model Türkiyədə əməliyyat olundu FOTO

Britaniyada populyar "The Only Way Is Essex" reailiti-şousunun ulduzu

arrow Ətraflı
Binəqədi sakini 12 gündür ki, susuz qalıb like
  • 22 Avq 12:01  
Digərləri Binəqədi sakini 12 gündür ki, susuz qalıb

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, II mədən, 90-cı korpus, mənzil 20

arrow Ətraflı
İrina Şeyk Moskvaya yollandı  FOTO like
  • 22 Avq 12:00  
Digərləri İrina Şeyk Moskvaya yollandı FOTO

Məşhur supermodel İrina Şeyk Rusiyanın paytaxtı Moskvadadır.

arrow Ətraflı
Türkiyə millisinin keçmiş qapıçısı HƏBS OLUNDU like
  • 22 Avq 11:57  
Dünya Türkiyə millisinin keçmiş qapıçısı HƏBS OLUNDU

İstanbul Respublika Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsin

arrow Ətraflı
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirilib like
  • 22 Avq 11:57  
İqtisadiyyat Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirilib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəllə

arrow Ətraflı
14 yaşlı qız özünü asdı like
  • 22 Avq 11:55  
Dünya 14 yaşlı qız özünü asdı

Mançester şəhərində yaşayan 14 yaşlı qız özünü öldürüb.

arrow Ətraflı