Nazim İbrahimovu Bodrumda qonaq edən keçmiş MİT-çi həbs olundu...


Digərləri 22 Avq 2017 11:30:00 58 0

Nazim İbrahimovu Bodrumda qonaq edən keçmiş MİT-çi həbs olundu...

Türkiyədə Milli İstihbarat Təşkilatının keçmiş zabiti, nüfuzlu sovetoloq Enver Altaylı ötən gün “FETÖ təhqiqatı” çərçivəsində Antalyada həbs olunub. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Enver Altaylı dindirilmək üçün Ankaraya aparılıb, onun yüksək rütbəli FETÖ mənsubları ilə əlaqələrinin olduğu iddia edilir.

Enver Altaylının adı Azərbaycanla da bağlıdır. Onun ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanda Türkiyə xüsusi xidmət orqanlarının da dəstək verdiyi çevriliş cəhdində rolunun olduğu bildirilir. Habelə Enver Altaylının yüksək rütbəli Azərbaycan məmuru-Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovla şəxsi dostluq münasibətləri var.

Enver Altaylı 1944-cü ildə Ceyhanda anadan olub, Almaniya və Avstriyada Şərqi Avropa hüququ və sovetologiya üzrə təhsil alıb. 1968-ci ildə MİT-də sovetoloq kimi işə başlayıb. Daha sonra MİT-dəki işindən ayrılıb MHP-də fəaliyyət göstərsə və yazarlıqla məşğul olsa da Enver Altaylı kəşfiyyat mənsubu kimi tanınıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan və Özbəkistanda millətçi hərəkatların formalaşmasına dəstək verib və Türkiyə mediasında yer alan iddialara görə Tansu Çillərin baş nazirliyi dövründə Azərbaycanda baş tutmayan hakimiyyət çevrilişində rolu olub.

Lakin Enver Altaylının bu hadisələrdəki roluna dair konkret dəlillər ortaya qoyulmur. Onun özü isə həmin iddiaları rədd edib.

Bununla belə Enver Altaylının Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla yaxın münasibətlərini təkzib etmirlər.

2012-ci ilin iyul ayında “Hürriyyet” qəzetinin yazdığına görə Nazim İbrahimov və ailə üzvləri-həyat yoldaşı və qızları sovetoloq Enver Altaylının və iş adamı Serhat Ilıçakın qonağı olaraq Bodrumda 15 günlük tətil keçirib. Nazim İbrahimov və ailə üzvləri Bodrumun Gündoğan qəsəbəsində özəl villada qalıblar, tətil müddətində Bodrumu gəziblər, jurnalistlər onları restoranlarda yemək yeyərkən və görməli yerləri dolaşarkən görüblər, fotolarını çəkiblər.

loading...
"İnter"in futboçusu La Liqada like
  • 22 Avq 11:28  
İdman "İnter"in futboçusu La Liqada

"Valencia" "İnter"in futbolçusu Joffre Kondoqbianı icarəyə götür

arrow Ətraflı
Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq like
  • 22 Avq 11:25  
Digərləri Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş əraziləri

arrow Ətraflı
Röya hər kəsdən gizlətdiyi sevgilisinə ismarıc göndərdi  FOTO like
  • 22 Avq 11:25  
Digərləri Röya hər kəsdən gizlətdiyi sevgilisinə ismarıc göndərdi FOTO

Röya Ayxan hər kəsdən gizlətdiyi sevgilisinə sosial şəbəkədən mesaj g

arrow Ətraflı
Bakı – Böyük Kəsik dəmir yolu əsaslı təmir olunur like
  • 22 Avq 11:24  
Digərləri Bakı – Böyük Kəsik dəmir yolu əsaslı təmir olunur

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhə

arrow Ətraflı
Hande Yenər Naxçıvana gəlir like
  • 22 Avq 11:23  
Şou-biznes Hande Yenər Naxçıvana gəlir

Türkiyəli müğənni Hande Yenər Azərbaycana gəlir

arrow Ətraflı
Valideynlər, DİQQƏTli olun, uşaqlar arasında virus yayılıb like
  • 22 Avq 11:21  
Digərləri Valideynlər, DİQQƏTli olun, uşaqlar arasında virus yayılıb

Son günlər uşaqlar arasında qızdırma, qusma halları kəskin artıb.

arrow Ətraflı
Ermənistan ordusunun zabiti iki əsgəri döyüb like
  • 22 Avq 11:19  
Dünya Ermənistan ordusunun zabiti iki əsgəri döyüb

İşğalçı ölkənin silahlı qüvvələrində növbəti biabırçılıq qeyd

arrow Ətraflı
Gömrükdə avtomobildən xeyli sayda pirotexniki vasitə və fişəng tapıldı like
  • 22 Avq 11:15  
Digərləri Gömrükdə avtomobildən xeyli sayda pirotexniki vasitə və fişəng tapıldı

Gömrükçülər avtomobildə pirotexniki vasitə və fişənglər aşkar edibl

arrow Ətraflı
“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır like
  • 22 Avq 11:14  
İqtisadiyyat “Silkway Bank” səhmlərinin nominal qiymətini artırır

Bu, banka nizamnamə kapitalını 3% artırmağa imkan verəcək

arrow Ətraflı
Nazirlik ekoloji qanunvericiliyi pozanları cərimələyib like
  • 22 Avq 11:13  
Sosial Nazirlik ekoloji qanunvericiliyi pozanları cərimələyib

Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdir

arrow Ətraflı
Türkiyədə baş vermiş qəzada 7 azərbaycanlı xəsarət alıb like
  • 22 Avq 11:10  
Dünya Türkiyədə baş vermiş qəzada 7 azərbaycanlı xəsarət alıb

Türkiyənin Muğla vilayətinin Yatağan rayonunda baş vermiş yol qəzasında

arrow Ətraflı
Tovuz sakini əmisi arvadını döyərək əlini və ayaqlarını sındırdı like
  • 22 Avq 11:10  
Digərləri Tovuz sakini əmisi arvadını döyərək əlini və ayaqlarını sındırdı

Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.

arrow Ətraflı