Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yaranıb


Digərləri 21 Avq 2017 16:41:00 42 0

Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yaranıb

Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, İranla sərhəddə bir neçə kilometr ərazidə asfalt yol sıradan çıxıb. Ərazidə tıxac yaranıb, ölkənin cənub rayonlarından paytaxta gediş-gəliş çətinləşib. Bu barədə virtualaz.org-a sakinlər məlumat verib

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org-a açıqlamasında bildirib ki, bu yol ötən əsrin 70-ci illərdən istismar olunur. Yolun dağılmasının əsas səbəbi isə burada ağır tonnajlı avtomobillərin hərəkət intensivliyidir.

Qurumun əməkdaşları hazırda yolun bu hissəsində bərpa işlərini həyata keçirirlər. Yolun bərpası bir aydan sonra tamamilə bərpa olunacaq. Bundan başqa, "Azəravtoyol"la paralel olaraq, "İpək yolu" layihəsi çərçivəsində də yolun tikintisi həyata keçirilir.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı