Həmkəndlisini döyüb öldürmüş Gədəbəy sakini saxlanılıb


Digərləri 17 Avq 2017 16:00:00 57 0

Həmkəndlisini döyüb öldürmüş Gədəbəy sakini saxlanılıb

Həmkəndlisinə ölümcül xəsarət yetirən Gədəbəy sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb.

Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə avqustun 13-də T.Qurbanovu həmkəndlisi Kamil Muxtarov tərəfindən münaqişə zəminində döyməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə K.Muxtarov saxlanılıb.

Araşdırma aparılır.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı