Gözətçini yaraladı, 132 manat pulunu apardı


Digərləri 15 Avq 2017 17:14:00 39 0

Gözətçini yaraladı, 132 manat pulunu apardı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə cinayət törətməkdə təqsirləndirilən Yaşar Şəfiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə məhkəmə istintaqının tamamlandığı yekunlaşdığı elan olunub. Daha sonra dövlət ittihamçısı çıxış edərərk Y.Şəfiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin prosesi avqustun 18-də davam edəcək.

Qeyd edək ki, Y.Şəfiyev ötən il Bakının Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında cinayət törədəndən sonra həbs olunub. Belə ki, daş karxanasında gözətçi işləyən Cəlilabad rayon sakini Namiq Məmmədov basqına məruz qalıb. Naməlum şəxs N.Məmmədova boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib və onun 132 manatını alaraq qaçıb. Gözətçi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Y.Şəfiyev saxlanılıb.

İstintaq dövründə məlum olub ki, Y.Şəfiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı