Naxçıvan-Bakı qatarının işə düşəcəyi vaxt məlum olub


İqtisadiyyat 10 Avq 2017 09:36:15 43 0

Naxçıvan-Bakı qatarının işə düşəcəyi vaxt məlum olub

Hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi həyata keçirilir

Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra Naxçıvan-Bakı qatarı işə salınacaq.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) “Azərbaycan Dəmir Yolları” QSC (QSC) üzrə təşkilatının sədri Xeyrulla Hümbətov bildirib.

"Bununla da, Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının təqribən 30-32 saata paytaxt Bakıya daşınması mümkün olacaq. Eyni zamanda, sadalanan ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına da imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi həyata keçirilir", - X.Hümbətov deyib.

Onun sözlərinə görə, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə ölkə Prezidentinin 2015-ci il dekabrın 7-də imzaladığı “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncamından və 2016-cı il fevralın 23-də İrana səfəri zamanı müqavilələrin imzalanmasından sonra başlanılıb. "Azərbaycan ərazisində keçən il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən tədbirlər nəticəsində, ümumilikdə, 16 km-dən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, bu il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 km uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə dövlət başçısı tərəfindən qarşıya qoyulan məqsədə – sərnişin qatarlarının sürətini 100 km/saata, yük qatarlarının orta sahə sürətini isə 60 km/saata çatdırılmasına imkan verəcək", - YAP təşkilatının sədri əlavə edib.

loading...
Azərbaycan nefti ucuzlaşıb like
  • 10 Avq 09:35  
İqtisadiyyat Azərbaycan nefti ucuzlaşıb

"Azeri LT CIF" markalı neftin qiyməti 53,7 dollar/barelə bərabər olub

arrow Ətraflı
Dünya bankından Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair açıqlama (ÖZƏL) like
  • 10 Avq 09:33  
Digərləri Dünya bankından Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair açıqlama (ÖZƏL)

Azərbaycan hökumətindən istək bildirilərsə, Ümumdünya Bankı Transanado

arrow Ətraflı
İranda polis hovuz qırağında əylənən 64 gənci həbs etdi like
  • 10 Avq 09:29  
Dünya İranda polis hovuz qırağında əylənən 64 gənci həbs etdi

İranın hüquq-mühafizə orqanlarının əməkdaşları İsfahan şəhərində

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 10 Avq 09:19  
Digərləri Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Goranboyda minik avtomobili ilə yük maşını toqquşdu: ölən var like
  • 10 Avq 09:17  
Digərləri Goranboyda minik avtomobili ilə yük maşını toqquşdu: ölən var

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Rusiyada metal qəbulu məntəqəsində partlayış: 2 ölü like
  • 10 Avq 09:12  
Dünya Rusiyada metal qəbulu məntəqəsində partlayış: 2 ölü

Rusiyanın Çita şəhərində metal qəbulu məntəqəsində naməlum əşyanı

arrow Ətraflı
Ancelina və Bred boşanmır?  FOTO like
  • 10 Avq 09:10  
Digərləri Ancelina və Bred boşanmır? FOTO

Hollivudun məşhur ulduzları aktrisa Ancelina Coli və aktyor Bred Pitt barı

arrow Ətraflı
ABŞ uşaq hacker yetişdirir like
  • 10 Avq 08:59  
Digərləri ABŞ uşaq hacker yetişdirir

ABŞ, kiber təhlükəsizlik sahəsindəki işci yoxluğunu doldurmaq üçün ma

arrow Ətraflı