Müharibənin bir addımlığında: indi nə olacaq? VİDEO FOTO


Dünya 10 Avq 2017 10:09:00 47 0

Müharibənin bir addımlığında: indi nə olacaq?  VİDEO  FOTO

ABŞ başda olmaqla bir dəstə imperialist, müstəmləkəçi və qəddar ölkələr bizə qarşı hücuma keçiblər. Onlar dövlətimizi məhv etmək, bizi kölələrə çevirmək istəyirlər. Lakin bu istək və planlar puç olacaq! Biz istənilən düşmənin layiqli cavabını verməyə hazırıq! Bizə hücum edəni qan gölündə boğacağıq!

Dünən Şimali Koreyanın paytaxtı Pxenyandakı Kim İr Sen meydanında keçirilən mitinqdə ölkəni idarə edən Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Ni Nam belə deyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 1,2 milyon koreyalının iştirak etdiyi bu mitinq Şimali Koreya Xalq-Demokratik Respublikasının ABŞ-a cavabı da sayıla bilərdi.

Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampın hədələrini "təlxəlik və sarsaqlıq" adlandırıb.

Bu arada bəlli olub ki, ABŞ-ın Müdafiə Nazirliyi Şimali Koreyanın raket və nüvə obyektlərinə qabaqlayıcı zərbələr planı hazırlayıb.

NBC News-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp müvafiq əmr verəndən sonra plan reallaşdırılacaq.

Hədəfdə Şimali Koreyadakı 23 raket hissəsi, sınaq poliqonları və hərbi obyektlər var.

Raket-bomba zərbələri ABŞ-ın Hərbi-Hava Qüvvələrinin Sakit Okeandakı Quam adasında yerləşən Andersen aviabazasından səmaya qalxacaq V-1B Lancer ağır bombardmançı təyyarələri ilə endirilə bilər.

2 B-1 təyyarəsi mayın sonlarından bəri 11 təlimə qatılıb.

Hücum əmri verilərsə, həmin bombardmançı təyyarələr peyklər və pilotsuz uçan aparatlar, qırıcılar, yanacaq və radioelektron mübarizə təyyarələri ilə dəstəklənəcək.

Şimali Koreyadan 3200 km aralıdakı Quam adasında hazırda 6 V-1B Lancer ağır bombardmançı təyyarə var.

Rəsmi Pxenyan isə bəyan edib ki, ABŞ belə plana əl atmaq niyyətinə düşərsə, Şimali Koreyanın Xalq Ordusu Quam adasına preventik zərbə endirəcək. Adaya 4 "Hvason-12"  ballistik raketinin buraxılması nəzərdə tutulub.

BMT-nin Təhlükəsizlik Şurasında avqustun 5-də qəbul edilmiş qətnamə Şimali Koreyaya qarşı sanksiyaları daha da sərtləşdirib. Sənəd Şimali Koreyadan daş kömür, dəmir, qurğuşun və dəniz məhsullarını satın almağı, bu ölkə ilə maliyyə-ticari əməliyyatlar keçirməsi, Şimali Koreya vətəndaşlarını işə götürməyi yasaqlayır. Şimali Koreyanın Xarici Ticarət Bankının hesabları dondurulub.

ABŞ Hərbi-Hava Qüvvələrinin komandanlığı isə bəyan edib ki, Cənubi Dakotadakı "Ellsuort" aviabazasından Quama köçürülmüş 37-ci ekspedisiya bombardmançı eskadrilyası istənilən an Şimali Koreya ilə döyüşə girməyə hazırdır.

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Bu sahədə çalışanların maaşı artıb like
  • 10 Avq 10:08  
Digərləri Bu sahədə çalışanların maaşı artıb

2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçi

arrow Ətraflı
Dərmanları yuyucu vasitə içərisində gətirmək istədi - ələ keçdi like
  • 10 Avq 10:07  
Digərləri Dərmanları yuyucu vasitə içərisində gətirmək istədi - ələ keçdi

Gömrük əməkdaşları güclü təsir edən maddələrin gömrük nəzarətind

arrow Ətraflı
Yol polisləri qızmar istidə ölümlə üzləşən qocanı xilas etdi  VİDEO  FOTO like
  • 10 Avq 10:05  
Digərləri Yol polisləri qızmar istidə ölümlə üzləşən qocanı xilas etdi VİDEO FOTO

Avqustun 9-da, günün ikinci yarısında Bakıda qızmar istinin təsirindən

arrow Ətraflı
"Bu xəbərlərdən sonra dostluğumuzu da bitirdim" like
  • 10 Avq 10:01  
Digərləri "Bu xəbərlərdən sonra dostluğumuzu da bitirdim"

Adı Sinan Akçıl ilə eşq dedi-qodularına qarışan Cansu Taşkın üsyan e

arrow Ətraflı
İran tarixi kilsə zəngini Türkiyəyə qaytarır like
  • 10 Avq 10:00  
Digərləri İran tarixi kilsə zəngini Türkiyəyə qaytarır

İran uzun illər Urmiya şəhər muzeyində saxlanılan tarixi kilsə zəngini

arrow Ətraflı
Ramil Quliyev dünya çempionatının finalında like
  • 10 Avq 10:00  
İdman Ramil Quliyev dünya çempionatının finalında

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Rami

arrow Ətraflı
Metronun "Sahil" stansiyası bağlanacaq like
  • 10 Avq 09:57  
İqtisadiyyat Metronun "Sahil" stansiyası bağlanacaq

Bu, stansiyada aparılacaq təmir işləri ilə bağlıdır

arrow Ətraflı
NaxçıvanBakı qatarının işə düşəcəyi vaxt məlum oldu like
  • 10 Avq 09:57  
Digərləri NaxçıvanBakı qatarının işə düşəcəyi vaxt məlum oldu

Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra Naxçıvan-Bakı q

arrow Ətraflı
Türk pleyboyun özündən 7 yaş böyük dünya ulduzuna gözü düşdü  FOTO like
  • 10 Avq 09:56  
Digərləri Türk pleyboyun özündən 7 yaş böyük dünya ulduzuna gözü düşdü FOTO

Nyu -Yorkda əmlak biznesilə məşğul olan türk iş adamı Emir Bahadır (24)

arrow Ətraflı
O qədər maşının içində niyə məhz onu evakasiya etmək istədilər?  VİDEO like
  • 10 Avq 09:52  
Digərləri O qədər maşının içində niyə məhz onu evakasiya etmək istədilər? VİDEO

Bakıda polislər qapısı açıq və işlək halda olan avtomobili evakatorla a

arrow Ətraflı
Azərbaycan və Özbəkistan gömrükçülərinin görüşü olub like
  • 10 Avq 09:51  
İqtisadiyyat Azərbaycan və Özbəkistan gömrükçülərinin görüşü olub

Görüş Bakıda, Dövlət Gömrük Komitəsində baş tutub

arrow Ətraflı
Qızıl 3 dollardan çox bahalaşdı like
  • 10 Avq 09:47  
Dünya Qızıl 3 dollardan çox bahalaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,17% - 22 048,70 bəndədək, S&P 500

arrow Ətraflı