Azərbaycan xalçası dünya bazarında mövqelərini bərpa edir


Digərləri 10 Avq 2017 07:46:04 36 0

Azərbaycan xalçası dünya bazarında mövqelərini bərpa edir

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ötən ilin oktyabr ayından fəaliyyətə başlayan ilk Füzuli filialında indiyədək 100-ə yaxın müxtəlif ölçülü xalçalar toxunub.

Bakı. Elçin Mehdiyev – "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ötən ilin oktyabr ayından fəaliyyətə başlayan ilk Füzuli filialında indiyədək 100-ə yaxın müxtəlif ölçülü xalçalar toxunub. Bunu Trend-ə "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib. V.Muradov qeyd edib ki, bu xalçalar beynəlxalq satış-sərgilərə çıxarılıb. Onun sözlərinə görə, 2017-ci ilin yanvarında Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış-sərgisində xalçalarımız izləyicilərin, xalça mütəxəsisslərinin rəğbətini qazanıb. V.Muradov bildirib ki, toxuduğumuz xalçalara dünyanın bir çox ölkələrinin, o cümlədən Avropa və Amerika ölkələrinin marağı böyükdür: "Mütəmadi şəkildə tədbirlərdə, sərgilərdə, simpoziumlarda, konfranslarda iştirak edirik. Hər dəfə də əmin oluruq ki, dünyanın Azərbaycan xalçasına marağı azalmayıb. Əksinə, daha da çoxalıb, Azərbaycan xalçası həmişə və hər yerdə dəbdədir. Hər xarici səfər, hər yeni sərgi bizim fəaliyyətimizə diqqəti daha da gücləndirir. Avropa, Amerika ölkələri ilə yanaşı, hətta xalça istehsalçısı olan ölkələrin belə Azərbaycan xalçasına marağı var. Londonda nəşr olunan beynəlxalq "Halı" jurnalı mütəmadi olaraq “Azərxalça” ASC-nin fəaliyyətini işıqlandırır". O qeyd edib ki, indi “Azərxalça” Azərbaycan xalçasının dünya bazarındakı yerini bərpa edir: "Bu ilin sonuna qədər “Azərxalça”nın Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ filialları işə başlayacaq. Ümumilikdə isə respublika üzrə Cəmiyyətin 30 filialının fəaliyyət göstərməsi və bununla da 5000-ə yaxın işçinin daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. Filiallarımızın sayı artdıqca, təbii ki, xalçalarımızın da sayı çoxalacaq. Bununla da biz, Azərbaycan xalçasını kütləvi şəkildə beynəlxalq bazarlara çıxara biləcəyik. “Azərxalça” dövlət müəssisəsi olaraq bu fəaliyyəti öz üzərinə götürüb. İmkanlarımız bu sahənin uğurlu gələcəyini proqnozlaşdırır. Hesablamalara görə, yaxın gələcəkdə Azərbaycan xalçaçılığı qeyri-neft sektorunun ən çox gəlir gətirən sahələrdən birinə çevriləcək". V.Muradov vurğulayıb ki, xalçalar tamamilə əl əməyi sayəsində hazırlanır: "Xalçaların özəlliyi ondan ibarətdir ki, yunundan, rəngindən, naxışından, bədii kompozisiyasından tutmuş ən xırda detallarınadək o, əsl Azərbaycan məhsuludur. “Azərxalça”nın da məqsədi Azərbaycanın tarixi keçmişini, etnoqrafiyasını, mədəniyyətini nümayiş etdirən Azərbaycan məhsulunu dünyaya çıxarmaqdır".
loading...
Kabildə partlayış törədilib: ölən və yaralananlar var like
  • 10 Avq 07:08  
Dünya Kabildə partlayış törədilib: ölən və yaralananlar var

Minalanmış avtomobili əfqan hərbçilərini müşayiət edən mühafizə dəs

arrow Ətraflı
Cənubi Koreyada təhlükəsizlik şurası çağırılır like
  • 10 Avq 07:05  
Digərləri Cənubi Koreyada təhlükəsizlik şurası çağırılır

Cənubi Koreyanın pezident Mun Çje İnin V barədə ölkənin təhlükəsizlik

arrow Ətraflı
Şimali koreya ABŞ-ın Quam hərbi bazasına raket hücumuna dair plan hazırlayır like
  • 10 Avq 05:23  
Digərləri Şimali koreya ABŞ-ın Quam hərbi bazasına raket hücumuna dair plan hazırlayır

Şimali koreya hərbçiləri ölkə lideri Kim Çen Ina avqustun ortalarında AB

arrow Ətraflı
ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib like
  • 10 Avq 03:24  
Digərləri ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

ABŞ maliyyə nazirliyi Venesuelaya qarşı sanksiya siyahısını genişləndir

arrow Ətraflı
Qazaxda yanğın olub like
  • 10 Avq 01:21  
Digərləri Qazaxda yanğın olub

Qazax şəhərində yanğın qeydə alınıb

arrow Ətraflı
Qaçaqmalçı onlarla yeniyetmə miqrantı gəmidən ataraq öldürüb like
  • 10 Avq 01:04  
Dünya Qaçaqmalçı onlarla yeniyetmə miqrantı gəmidən ataraq öldürüb

Efiopiya və Somalidən qaçqınları Yəmənin sahillərinə qeyri-leqal

arrow Ətraflı
Tovuzda 34 yaşlı qadın sirkə turşusu içərək intihara cəhd edib like
  • 10 Avq 00:31  
Digərləri Tovuzda 34 yaşlı qadın sirkə turşusu içərək intihara cəhd edib

Tovuz rayonunda yerli sakin sirkə turşusu içərək intihara cəhd edib.

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 10 Avq 00:00  
Şou-biznes Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Azərbaycan neftinin SON QİYMƏTİ - Bahalaşıb like
  • 09 Avq 23:19  
Digərləri Azərbaycan neftinin SON QİYMƏTİ - Bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Pentaqon rəhbəri: KXDR münaqişədə məğlubiyyətə uğrayacaq like
  • 09 Avq 23:17  
Digərləri Pentaqon rəhbəri: KXDR münaqişədə məğlubiyyətə uğrayacaq

KXDR səbəb olacağı istənilən münaqişədə məğlubiyyətə uğrayacaq

arrow Ətraflı