Deputat: Ermənistandakı hərbi xunta uşaqlara qarşı qəddarlığı ilə fərqlənir


Digərləri 10 Avq 2017 08:00:00 28 0

Deputat: Ermənistandakı hərbi xunta uşaqlara qarşı qəddarlığı ilə fərqlənir

Ermənistandakı hərbi xunta digər xuntalardan məhz uşaqlara qarşı daha qəddar yanaşması, uşaqları hədəf seçməsi ilə fərqlənir.

Bakı. Elçin Mehdiyev - Ermənistandakı hərbi xunta digərlərindən məhz uşaqlara qarşı daha qəddar yanaşması, uşaqları hədəf seçməsi ilə fərqlənir. Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusifovun yaralanmasına münasibət bildirərkən deyib. S.Alıyev bildirib ki, bu fərq hazırda o xuntanın başında duran Serj Sarkisyanın etiraflarında da yer alıb: “Ancaq bu, təəccüblü deyil. Təəssüf və təəccüb doğuran odur ki, hansı səbəbdən Minsk qrupunun həmsədrləri uşaq qatilinə nəinki tolerant, eyni zamanda himayədarcasına yanaşırlar? Niyə dünya birliyi uşaq qatilinin, işğalçı rejimin, hərbi xuntanın əsl qiymətini vermək istəmir?!”. Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
loading...
Astarada avtomobil hasara çırpılıb: ölən və xəsarət alan var - FOTO like
  • 10 Avq 07:58  
Sosial Astarada avtomobil hasara çırpılıb: ölən və xəsarət alan var - FOTO

Hadisə zamanı 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb

arrow Ətraflı
Azərbaycan xalçası dünya bazarında mövqelərini bərpa edir like
  • 10 Avq 07:46  
Digərləri Azərbaycan xalçası dünya bazarında mövqelərini bərpa edir

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ötən ilin oktyabr ayından

arrow Ətraflı
Kabildə partlayış törədilib: ölən və yaralananlar var like
  • 10 Avq 07:08  
Dünya Kabildə partlayış törədilib: ölən və yaralananlar var

Minalanmış avtomobili əfqan hərbçilərini müşayiət edən mühafizə dəs

arrow Ətraflı
Cənubi Koreyada təhlükəsizlik şurası çağırılır like
  • 10 Avq 07:05  
Digərləri Cənubi Koreyada təhlükəsizlik şurası çağırılır

Cənubi Koreyanın pezident Mun Çje İnin V barədə ölkənin təhlükəsizlik

arrow Ətraflı
Şimali koreya ABŞ-ın Quam hərbi bazasına raket hücumuna dair plan hazırlayır like
  • 10 Avq 05:23  
Digərləri Şimali koreya ABŞ-ın Quam hərbi bazasına raket hücumuna dair plan hazırlayır

Şimali koreya hərbçiləri ölkə lideri Kim Çen Ina avqustun ortalarında AB

arrow Ətraflı
ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib like
  • 10 Avq 03:24  
Digərləri ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

ABŞ maliyyə nazirliyi Venesuelaya qarşı sanksiya siyahısını genişləndir

arrow Ətraflı
Qazaxda yanğın olub like
  • 10 Avq 01:21  
Digərləri Qazaxda yanğın olub

Qazax şəhərində yanğın qeydə alınıb

arrow Ətraflı
Qaçaqmalçı onlarla yeniyetmə miqrantı gəmidən ataraq öldürüb like
  • 10 Avq 01:04  
Dünya Qaçaqmalçı onlarla yeniyetmə miqrantı gəmidən ataraq öldürüb

Efiopiya və Somalidən qaçqınları Yəmənin sahillərinə qeyri-leqal

arrow Ətraflı
Tovuzda 34 yaşlı qadın sirkə turşusu içərək intihara cəhd edib like
  • 10 Avq 00:31  
Digərləri Tovuzda 34 yaşlı qadın sirkə turşusu içərək intihara cəhd edib

Tovuz rayonunda yerli sakin sirkə turşusu içərək intihara cəhd edib.

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 10 Avq 00:00  
Şou-biznes Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı