Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub


Digərləri 09 Avq 2017 19:30:00 41 0

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilir ki, Nizami rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, avqustun 6-da paytaxtın Nizami rayonu ərazisində 1995-ci il təvəllüdlü İbrahim Cavad oğlu Məmmədovun talama məqsədi olmadan Əfqan Böyükağa oğlu Kərimova məxsus “Mercedes-Benz C180” markalı 90-DS-298 dövlət nömrə nişanlı avtomobili qanunsuz olaraq ələ keçirib qaçıraraq şərxoş halda idarə etmişdir. Bu zaman yolu keçmək istəyən piyada Allahverdi Səməd oğlu Tağıyevi vuraraq ona bədən xəsarətləri yetirməsi, daha sonra yolun kənarında dayanmış “Honda CRV” markalı 99-GB-635 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 185.2.4 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə), 263-1.1 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində İbrahim Məmmədov avqustun 7-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

İ.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

loading...
Qızıl xərçəngi müalicə edir like
  • 09 Avq 19:24  
Digərləri Qızıl xərçəngi müalicə edir

Britaniya alimləri qızıl tozun köməyi ilə xərçəngi müalicə edən yeni

arrow Ətraflı
Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib like
  • 09 Avq 19:19  
Kriminal Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib

Nizami rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçiril

arrow Ətraflı
Daha bir ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi like
  • 09 Avq 19:18  
Digərləri Daha bir ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi

Qətər 80 ölkənin vətəndaşlarından viza almaqdan azad edib.

arrow Ətraflı
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub like
  • 09 Avq 19:17  
Sosial Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

arrow Ətraflı
Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib like
  • 09 Avq 19:16  
Digərləri Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib

Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tut

arrow Ətraflı
Xətaidə yaşayış binasında yanğın olub like
  • 09 Avq 19:15  
Digərləri Xətaidə yaşayış binasında yanğın olub

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı

arrow Ətraflı
"Boeing" inqilaba hazırlaşır: PİLOTSUZ SƏRNİŞİN TƏYYARƏLƏRİ like
  • 09 Avq 19:11  
Digərləri "Boeing" inqilaba hazırlaşır: PİLOTSUZ SƏRNİŞİN TƏYYARƏLƏRİ

Dünyanın ən böyük təyyarə və vertolyot istehsalçılarından olan "

arrow Ətraflı
Xətaidə yaşayış binasında yanğın olub like
  • 09 Avq 19:10  
Digərləri Xətaidə yaşayış binasında yanğın olub

Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub.

arrow Ətraflı
Dəniz kənarındakı məşhur restoranda dava like
  • 09 Avq 19:09  
Digərləri Dəniz kənarındakı məşhur restoranda dava

Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

arrow Ətraflı
Riqada naməlum silahlılar hoteli ələ keçiriblər like
  • 09 Avq 19:08  
Dünya Riqada naməlum silahlılar hoteli ələ keçiriblər

Onlar müştərilərdən birini küçəyə qovublar

arrow Ətraflı
Şokoladın bağırsaqlar üçün İNANILMAZ FAYDASI aşkar olunub like
  • 09 Avq 19:07  
Digərləri Şokoladın bağırsaqlar üçün İNANILMAZ FAYDASI aşkar olunub

Bundan əvvəlki elmi araşdırmalar şokoladın beyin fəaliyyətinə və yuxuy

arrow Ətraflı
"İstanbullu gəlin"də sürpriz aktyor  FOTO like
  • 09 Avq 19:02  
Digərləri "İstanbullu gəlin"də sürpriz aktyor FOTO

"İstanbullu gəlin" serialına yeni aktyor daxil olub.

arrow Ətraflı
Ədəbiyyat tariximizin nüfuzlu alimi - layihə like
  • 09 Avq 19:00  
İdman Ədəbiyyat tariximizin nüfuzlu alimi - layihə

Talıbzadə Kamal Abdulla Şaiq oğlu — tənqidçi, əd

arrow Ətraflı
Bakıda azyaşlı qızı zorlamaqda şübhəli bilinən 34 yaşlı kişi həbs edilib like
  • 09 Avq 18:56  
Sosial Bakıda azyaşlı qızı zorlamaqda şübhəli bilinən 34 yaşlı kişi həbs edilib

Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs h

arrow Ətraflı