Yollarımız motosiklet sürmək üçün yararlıdırmı?


Digərləri 09 Avq 2017 19:57:00 49 0

Yollarımız motosiklet sürmək üçün yararlıdırmı?

Yol hərəkəti iştirakçıları arasında motosiketlərin idarə olunması yenicə kütləvi hal almağa başlasa da, yol infrastrukturumuz, motosikl, eləcə də digər nəqliyyat vasitələri sürücüləri buna hazır deyil. Ekspertlərin fikrincə, yollarda yaranan sıxlıq və tıxaclar motosikl və ya velosiped istifadəsini zəruri edir. Lakin bu növ nəqliyyat vasitələri cəmiyyətimizdə birmənalı qarşılanmır.

Qeyd edək ki, bu ilin altı ayı ərzində Azərbaycanda 20 motosiklet qəzası baş verib. Bu barədə məlumat verən Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, baş vermiş motosiklet qəzaları nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb. Əliyev qeyd edib ki, motosiklet qəzalarında ölüm hallarının əsas səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl etməməkdir: "Motosikleti başa "kasqa" taxmadan idarə edirlər, yolun əks istiqamətində hərəkət edirlər və ya işıqlandırma sistemi nasaz olan motosikletlərlə yola çıxırlar. Belə pozuntular çoxdur və nəticədə əziyyət çəkən də motosiklet sürücüləri özləri olurlar".

Dediyinə görə, motosikletlərin qayda pozuntusunu yalnız arxa hissədən çəkmək mümkündür: "Çünki onlara bir ədəd dövlət nömrə nişanı verilir, o da arxada olur. Buna görə də qayda pozuntusunu ön hissədən çəkdikdə bunun kimin tərəfindən törədildiyini dəqiq müəyyən etmək mümkün deyil. Avropa ölkələrinin əksəriyyətində də motosiklet sürücülərinin törətdiyi qayda pozuntuları ilə bağı problem dövlət nömrə nişanlarının arxada olması və onların kamera və radarlardan kənarda qalması ilə bağlıdır" ("Trend").

Son.az xəbər verir ki, "Təhlükəsiz Yol Alyansı"nın koordinatoru Şahin Camalov "Ekspress"ə bildirib ki, cəmiyyətimizdə motosikl və velosiped sürmək hələ də yaxşı qarşılanmır. Onun fikrincə, motosikllərin qəzaya uğramasının əsas səbəbi yollarımızın bu nəqliyyat vasitəsini idarə etmək üçün yararlı olub-olmaması deyil: "Motosikllərin qəzaya uğraması bizim cəmiyyətdə motosikl sürənlərə yol hərəkəti qaydalarının digər iştirakçılarının münasibətindən irəli gəlir. Çünki motosikl bizim cəmiyyət üçün yeni bir nəqliyyat vasitəsidir. Yəni motosikl sürməyin kütləviləşməsi bizim üçün yenilikdir. İnsanlar sürətli motosikl sürməyə meyl etməyə başlayır. Motosikllərin qəzaya uğramasının əsas səbəbi ətrafdakı sürücülərin bu növ nəqliyyat vasitəsini anlamamasıdır. Bu ciddi həyəcan siqnalı verir".

Camalov əlavə edib ki, dünyanın heç bir yerində motosikllər üçün xüsusi bir yol yoxdur və onlar yol hərəkətinin digər iştirakçıları ilə birgə hərəkət edir. Müsahibimiz qeyd edib ki, bizim bir sıra yollarımız nəinki motosikl, avtomobil idarə etmək üçün də yararsızdır: "Yollarımızda nasazıqlar, gözlənilməyən quyular çoxdur. Bununla yanaşı işarələnmə problemi mövcuddur. Bunlar yolda problemlərin yaranmasına səbəb olan əsas amillərdəndir". Onun sözlərinə görə, bir çox kafe və restoranların sifarişlə yemək çatdırılması üçün son zamanlar motosikllərdən istifadə geniş yayılmaqdadır: "Bu nəzarət tələb edən ciddi bir məsələdir. Bu tip iş yerlərinin çoxunda motosikl idarə edən gənclərdir. Onların böyük əksəriyyətinin motosikl sürmək üçün xüsusi sürücülük vəsiqəsi də yoxdur. Aidiyyatı qurumlar bu məsələyə ciddi yanaşmalı, motosikl sürücülərini yoxlamalıdırlar. Eləcə də, motosikllərin böyük əksəriyyəti yararsız vəziyyətdədir, onları sürən gənclərin də, əminəm ki, çoxunun motosikl sürmək üçün sürücülük vəsiqəsi yoxdur. Həm aidiyyəti qurumlar, həm də mətbuat bu məsələni diqqətdə saxlamalıdır. Dövlət qurumları nəzarəti gücləndirməlidirlər ki, gələcəkdə belə qəzaların sayı azalsın. Belə iş yerlərində motosikl sürücülərini işə götürərkən rəhbərlik məsuliyyət hiss etməlidir. Sürücülük vəsiqəsi olmayan insanların motosikl sürücüsü kimi işə götürülməsinə yol verməməlidirlər. Bunu bilməlidirlər ki, hər şey bir tərəfə, vətəndaş məsuliyyətsizliyinə yol açmamalıdırlar. Diqqətlə bu məsələləri izləməlidirlər. Bacarıqlı şəxslərə bunu həvalə etməlidirlər. İnsan həyatı ilə risk etmək olmaz".

loading...
Azərbaycan-Türkiyə birgə logistika layihəsinin detalları açıqlandı (ÖZƏL) like
  • 09 Avq 19:56  
Digərləri Azərbaycan-Türkiyə birgə logistika layihəsinin detalları açıqlandı (ÖZƏL)

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda tikilməkdə o

arrow Ətraflı
Rusiyada 20 yaşlı azərbaycanlı özünü asdı like
  • 09 Avq 19:56  
Digərləri Rusiyada 20 yaşlı azərbaycanlı özünü asdı

Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı özünü

arrow Ətraflı
UNICEF nümayəndəsi: "Heç bir uşaq müharibə qurbanı olmamalıdır" like
  • 09 Avq 19:52  
Siyasət UNICEF nümayəndəsi: "Heç bir uşaq müharibə qurbanı olmamalıdır"

"UNICEF döyüşlər zamanı ziyan dəyən rayonlarda çoxlu iş görür"

arrow Ətraflı
Qutab bişirilən obyektdə partlayış: yaralılar var  VİDEO  FOTO like
  • 09 Avq 19:48  
Digərləri Qutab bişirilən obyektdə partlayış: yaralılar var VİDEO FOTO

Gəncədə partlayış olub. Hadisə mərkəzi bazarın yaxınlığında Əttarl

arrow Ətraflı
Sumqayıtda keçmiş polis işçisi arvadını öldürdü like
  • 09 Avq 19:45  
Digərləri Sumqayıtda keçmiş polis işçisi arvadını öldürdü

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin 12-ci mik

arrow Ətraflı
Kiberidman Olimpiya Oyunlarının proqramına daxil edilə bilər like
  • 09 Avq 19:43  
İdman Kiberidman Olimpiya Oyunlarının proqramına daxil edilə bilər

Kiberidman 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil

arrow Ətraflı
Bu ölkədə spirtli içkilərin qiymətləri artırıldı like
  • 09 Avq 19:38  
Digərləri Bu ölkədə spirtli içkilərin qiymətləri artırıldı

Ukraynanın Nazirlər Kabineti ölkədə araq və digər spirtli içkilərin min

arrow Ətraflı
Hindistan səfiri Pirallahı GES-ə səfər edib like
  • 09 Avq 19:31  
İqtisadiyyat Hindistan səfiri Pirallahı GES-ə səfər edib

Səfiri ABOEMDA-nın sədr müavini Nurəli Yusifbəyli müşayiət edib

arrow Ətraflı
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub like
  • 09 Avq 19:30  
Digərləri Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq qaçan sürücü barəsində həbs q

arrow Ətraflı
Qızıl xərçəngi müalicə edir like
  • 09 Avq 19:24  
Digərləri Qızıl xərçəngi müalicə edir

Britaniya alimləri qızıl tozun köməyi ilə xərçəngi müalicə edən yeni

arrow Ətraflı
Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib like
  • 09 Avq 19:19  
Kriminal Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib

Nizami rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçiril

arrow Ətraflı
Daha bir ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi like
  • 09 Avq 19:18  
Digərləri Daha bir ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi

Qətər 80 ölkənin vətəndaşlarından viza almaqdan azad edib.

arrow Ətraflı
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub like
  • 09 Avq 19:17  
Sosial Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

arrow Ətraflı
Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib like
  • 09 Avq 19:16  
Digərləri Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib

Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tut

arrow Ətraflı