Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib


Digərləri 09 Avq 2017 19:16:00 75 0

Oğurladığı avtomobillə qəza törədən şəxs həbs edilib

Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı. Nizami rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən birgə məlumata görə, avqustun 6-da paytaxtın Nizami rayonu ərazisində 1995-ci il təvəllüdlü Məmmədov İbrahim Cavad oğlunun talama məqsədi olmadan Kərimov Əfqan Böyükağa oğluna məxsus “Mercedes-Benz C180” markalı 90-DS-298 dövlət nömrə nişanlı avtomobili qanunsuz olaraq ələ keçirib qaçıraraq şərxoş halda idarə edib. Bu zaman yolu keçmək istəyən piyada Tağıyev Allahverdi Səməd oğlunu vuraraq ona bədən xəsarətləri yetirməsi, daha sonra yolun kənarında dayanmış “Honda CRV” markalı 99-GB-635 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 185.2.4 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə), 263-1.1 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində İbrahim Məmmədov avqustun 7-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. İ.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
loading...
Xətaidə yaşayış binasında yanğın olub like
  • 09 Avq 19:15  
Digərləri Xətaidə yaşayış binasında yanğın olub

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı

arrow Ətraflı
"Boeing" inqilaba hazırlaşır: PİLOTSUZ SƏRNİŞİN TƏYYARƏLƏRİ like
  • 09 Avq 19:11  
Digərləri "Boeing" inqilaba hazırlaşır: PİLOTSUZ SƏRNİŞİN TƏYYARƏLƏRİ

Dünyanın ən böyük təyyarə və vertolyot istehsalçılarından olan "

arrow Ətraflı
Xətaidə yaşayış binasında yanğın olub like
  • 09 Avq 19:10  
Digərləri Xətaidə yaşayış binasında yanğın olub

Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub.

arrow Ətraflı
Dəniz kənarındakı məşhur restoranda dava like
  • 09 Avq 19:09  
Digərləri Dəniz kənarındakı məşhur restoranda dava

Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

arrow Ətraflı
Riqada naməlum silahlılar hoteli ələ keçiriblər like
  • 09 Avq 19:08  
Dünya Riqada naməlum silahlılar hoteli ələ keçiriblər

Onlar müştərilərdən birini küçəyə qovublar

arrow Ətraflı
Şokoladın bağırsaqlar üçün İNANILMAZ FAYDASI aşkar olunub like
  • 09 Avq 19:07  
Digərləri Şokoladın bağırsaqlar üçün İNANILMAZ FAYDASI aşkar olunub

Bundan əvvəlki elmi araşdırmalar şokoladın beyin fəaliyyətinə və yuxuy

arrow Ətraflı
"İstanbullu gəlin"də sürpriz aktyor  FOTO like
  • 09 Avq 19:02  
Digərləri "İstanbullu gəlin"də sürpriz aktyor FOTO

"İstanbullu gəlin" serialına yeni aktyor daxil olub.

arrow Ətraflı
Ədəbiyyat tariximizin nüfuzlu alimi - layihə like
  • 09 Avq 19:00  
İdman Ədəbiyyat tariximizin nüfuzlu alimi - layihə

Talıbzadə Kamal Abdulla Şaiq oğlu — tənqidçi, əd

arrow Ətraflı
Bakıda azyaşlı qızı zorlamaqda şübhəli bilinən 34 yaşlı kişi həbs edilib like
  • 09 Avq 18:56  
Sosial Bakıda azyaşlı qızı zorlamaqda şübhəli bilinən 34 yaşlı kişi həbs edilib

Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs h

arrow Ətraflı
Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək like
  • 09 Avq 18:54  
Siyasət Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək

Bu gün Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin s

arrow Ətraflı
Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edildi like
  • 09 Avq 18:52  
Kriminal Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edildi

Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarş

arrow Ətraflı
Azyaşlıya qarşı cinsi zorakılıq edən şəxs həbs edilib like
  • 09 Avq 18:50  
Digərləri Azyaşlıya qarşı cinsi zorakılıq edən şəxs həbs edilib

Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edi

arrow Ətraflı
"Nar” yenilənmiş “Şərq” rouminq paketlərini təqdim edib like
  • 09 Avq 18:48  
İqtisadiyyat "Nar” yenilənmiş “Şərq” rouminq paketlərini təqdim edib

Yeni paketdən Dubay və Birləşmiş Ərəb Əmirliklərinin digər şəhərlə

arrow Ətraflı