Ədəbiyyat tariximizin nüfuzlu alimi - layihə


İdman 09 Avq 2017 19:00:00 51 0

Ədəbiyyat tariximizin nüfuzlu alimi - layihə

Talıbzadə Kamal Abdulla Şaiq oğlu — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Elm xadimi (1982), Azərbaycanın Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986).

 

Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1940-cı ildə K.Talıbzadə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq “Abbas Səhhətin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965-1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, eyni zamanda 1957-1975-ci illərdə tənqid və ədəbiyyatşünaslıq bölməsinə rəhbərlik etmişdir. K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan “Azərbaycan kommunisti” jurnalının (1971-1978) redaksiya heyətində çalışmışdır.

1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K. Talıbzadə 1972-ci ildə professor seçilmiş, 1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.

O, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş və elə həmin ildən 1987-ci ilə qədər Nizami adına Ədəbiyyat İnstitutunda “Tənqid tarixi və nəzəriyyəsi” şöbəsinə rəhbərlik etmişdir. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim (1986-cı il) edilmişdir.

K.Talıbzadənin ədəbiyyatşünaslıq fəaliyyəti Ədəbiyyat İnstitutunun elmi-tədqiqat problemləri ilə sıx surətdə inkişaf etmiş və şaxələnmişdir. O, bu elm ocağında, nəinki ədəbiyyatşünaslığın mühüm, fundamental, ədəbi prosesin irəli sürdüyü, zəruriləşdiyi problemləri üzərində tədqiqat aparmış, əsərlər 6 yazmış, həm də ədəbdiyyatşünaslığa bilavasitə rəhbərlik etmiş, onun ideya-təşkilati vəzifələrinin müvəffəqiyyətli həllinə bütün qüvvə və bacarığı ilə təsir göstərmişdir, iri miqyaslı elmi təşkilati tədbirlərdə fəal çalışmışdır. Namizədlik dissertasiyası müdafiə etdiyi ildə İnstitutun baş elmi işçisi vəzifəsinə keçirilmiş, 1952-ci ildə institutun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1960-cı ildə isə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş, iyirmi ildən çox bu məsul vəzifədə çalışmış, institutda elmi işlər, elmi tədqiqat planlarının müəyyən edilməsi və icrası kimi çox mürəkkəb bir prosesə birbaşa rəhbərlik etmişdir.

Ədəbiyyat İnstitutu bir müddət Elmlər Akademiyası sistemində Ədəbiyyat və Dil İnstitutu kimi fəaliyyət göstərmişdir. Bu vaxtlarda İnstitut direktorunun elmi işlər üzrə iki müavini – ədəbiyyat və dilçilik üzrə müaviniləri olurdu. Belə struktur daxilində əslində hər bir sahəyə müvafiq sahənin direktor müavini rəhbərlik edirdi. Qeyd etmək lazımdır ki, bu illərdə ədəbiyyat üzrə direktor müavini kimi fəaliyyət göstərən K.Talıbzadə də institutun ədəbiyyatşünaslıq istiqamətlərini və problemlərini müəyyən edir, bu problemlərin ayrı-ayrı mövzularını konkretləşdirir, həlli yollarını və metodologiyası işlərinə səmərəli surətdə rəhbərlik edirdi. O da qeyd olunmalıdır ki, K.Talıbzadənin həm şöbə müdiri, həm də direktor müavini işlədiyi dövrdə institutda çox mühüm ədəbiyyatşünaslıq əsəri - üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi» yazılmış və nəşr edilmişdir. Bu fundamental əsərin ikinci cildi isə K.Talıbzadənin bir tədqiqatçı və elmi iş təşkilatçısı kimi fəaliyyətinin əsas istiqaməti və predmeti ilə bilavasitə bağlı olmuşdur.

Azərbaycan tənqidinin tarixini öyrənmək sahəsində akademik K.Talıbzadənin rolu və xidmətləri həqiqətən müstəsnadır. Belə ki, ədəbiyyatın xüsusi və müstəqil bir canrı səviyyəsində ədəbi tənqidin tarixini yaratmaq vəzifəsini çağdaş ədəbiyyatşünaslıqda və ədəbi-nəzəri fikirdə həyata keçirməklə K.Talıbzadə milli ədəbiyyatşünaslıqda yeni bir istiqamət yaratmışdır. K.Talıbzadə ədəbi-tarixi prosesi araşdırarkən öz tədqiqat vəzifəsini yalnız konkret materialın ideyatarixi mənasını göstərməklə məhdudlaşdıran ədəbiyyatşünaslardan deyildir. Əksinə o, milli ədəbiyyatın tarixini öyrənərkən əsərlərinin tədqiqat nəticələri və ideyaları ilə eyni zamanda bütövlükdə ədəbiyyatşünaslığı mühüm və miqyaslı nəzəri-metodoloci ümumiləşdirmələrlə zənginləşdirmişdir ki, bu nəzəri ümumiləşdirmələr də öz növbəsində müasir ədəbiyyat elminin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmiş, onun yeni yollarını müəyyənləşdirmişdir.

K.Talıbzadə Azərbaycan ədəbiyyatının müxtəlif məsələlərinin tədqiqi ilə məşğul olan ədəbiyyatşünasdır. Klassik irslə yanaşı onun əsərlərində, tədqiqatlarında müasir ədəbiyyat məsələləri də geniş və əhəmiyyətli yerlərdən birini tutur. O, demək olar ki, bütün fəaliyyəti boyu ədəbiyyat tarixi və problemlərini müasir ədəbiyyatın məsələləri ilə paralel öyrənmək, mümkün qədər bu sahələri yaradıcılığında dolğun əks eidirmək yolu ilə getmişdir. Buna görə K.Talıbzadənin simasında yalnız ədəbiyyat tarixçisini görmək azdır və birtərəfli olardı. O, həm də çox mötəbər müasir tənqidçilərdən biridir. K.Talıbzadə tənqidlə sıx, üzvi olaraq bağlı şəxsiyyətdir. Onun tədqiqatçılıq axtarışları, səyləri ədəbi prosesin ümumi axarında müasir tənqidin kontekstində formalaşmışdır, dərinləşmiş və inkişaf etmişdir. Monoqrafiyaları tənqidi mənəvi cəhətdən, tarixi təfəkkür cəhətdən zənginləşdirmiş və silahlandırmışdır. Bunsuz tənqid heç vaxt inkişaf edə bilməz, ədəbiyyatda funksiyasını yerinə yetirə bilməz. Lakin bununla belə əsərlərinin, kitablarının məhz tədqiqat, məhz ədəbiyyatşünaslıq hadisəsi olaraq meydana çıxması da danılmazdır. Və bu cəhət onun ədəbiyyatşünas kimi əsas fərdiliyidir, əsas xüsusiyyətidir. K.Talıbzadə 1945-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olarkən o vaxt İnstituta rəhbərlik edən M.Arif onun namizədlik dissertasiyası mövzusunu A.Səhhətin həyatı və yaradıcılığı kimi müəyyən etmişdir. Bu barədə müəllif sonralar belə yazmışdır: “Səhhət də XX əsrin romantiklərindən idi. Odur ki, dərhal razılıq verdim. Həvəslə işə girişdim. Aylarla arxivlərdən çıxmadım. İllərlə inqilaba qədərki mətbuatın səhifələrini vərəqlədim. Şairin hər yeni əsərini tapdığım gün mənim üçün bir bayrama çevrildi”.

Monoqrafiya ilk dəfə 1955-ci ildə, ikinci dəfə isə 1986-cı ildə çapdan çıxmışdır. Lakin bundan əvvəl K.Talıbzadə görkəmli romantik şairin yaradıcılığını onun bircildlik “Əsərləri”nə yazdığı geniş müqəddiməsində, habelə bir sıra məqalələrində işıqlandırmışdı. K.Talıbzadənin monoqrafiyada A.Səhhətin poeziyasına verdiyi geniş və müfəssəl təhlil çox mühüm bir cəhəti ilə-bilavasitə şairin poeziyasında əks olunmuş, onun mənəvi aləmini göstərməsiilə seçilirdi. Hələ ilk monoqrafiya üzərində işlədiyi dövrdə K.Talıbzadə müəyyən mənada XX əsrin başlanğıc dövrü ədəbiyyatının tədqiqatçısı kimi ixtisaslaşırdı. Belə ki, çox çəkmir, onun Qorki və Azərbaycan ədəbiyyatı mövzusunda elmi-tədqiqi məqalələri tez-tez mətbuatda dərc olunur; bunların ardınca isə sovet ədəbiyyatşünaslığında o illərdə birinci dərəcəli əhəmiyyət kəsb edən problemə həsr olunmuş “Qorki və Azərbaycan” monoqrafiyası çapdan çıxır.

K.Talıbzadənin monoqrafiyası ədəbiyyatşünaslığın çox aktual və zəruri bir probleminin hərtərəfli tədqiqi nöqteyi-nəzərindən ciddi tədqiqat əsəri hesab edilə bilər. Bu əsərə qədər də Qorkinin Azərbaycanla əlaqəsi, Qorki ənənələrinin rolu milli ədəbi-nəzəri fikrimizdə müşahidə edilmiş və qoyulmuşdur. Məsələn, M.Arif, M.Rəfili. M.J.Jəfərovun məqalələri qeyd oluna bilər. Azərbaycan tənqidinin təcrübəsinə və müəyyən nəticələrinə əsaslanaraq K.Talıbzadə isə problemi xüsusi şəkildə tədqiq edir, Qorkinin Azərbaycanla, ədəbiyyatımız, mədəniyyətimiz və ədəbi fikrimizlə yaradıcılıq əlaqələrini hərtərəfli və əhatəli şəkildə nəzərdən keçirərək araşdırırdı. K.Talıbzadə monoqrafiyasının dəyəri və əhəmiyyəti də bunda idi. Təsadüfi deyil ki, bu əsərdən sonra Qorki və Azərbaycan mövzusunun ayrı-ayrı problemlərinə ədəbiyyatşünaslıqda bir sıra tədqiqatlar həsr edildi.

Akademik Kamal Talıbzadənin çoxcəhətli və uzunillik ədəbiyyatşünaslıq fəaliyyətinin ümumi cizgiləri belədir. Alimin tənqiddə, ədəbiyyat elmində keçdiyi yol ciddi, miqyaslı fundamental tədqiqatlar yoludur, ədəbiyyatşünaslığı yeni ideyalarla, konsepsiyalarla zənginləşdirmək yoludur, ədəbiyyatşünaslığın ali vəzifələrinə xidmət yoludur və varisləri qorumaq, inkişaf etdirmək, dərinləşdirmək yoludur. Ədəbiyyatşünas olmaq, ədəbiyyatşünaslığı vəzifə və fəaliyyət sahəsi kimi seçmək və bütün ömrü boyu bu vəzifəyə sadiq qalmaq, ona xidmət etmək böyük və şərəfli işdir; bu fikir və təfəkkür fəaliyyətidir, xalqın bədii ədəbiyyatında, sənətində, bədii sözündə, mədəniyyətində ifadə olunmuş mənəvi həyatının tədqiqatçısı olmaq deməkdir.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir

 

loading...
Bakıda azyaşlı qızı zorlamaqda şübhəli bilinən 34 yaşlı kişi həbs edilib like
  • 09 Avq 18:56  
Sosial Bakıda azyaşlı qızı zorlamaqda şübhəli bilinən 34 yaşlı kişi həbs edilib

Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs h

arrow Ətraflı
Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək like
  • 09 Avq 18:54  
Siyasət Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək

Bu gün Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin s

arrow Ətraflı
Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edildi like
  • 09 Avq 18:52  
Kriminal Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edildi

Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarş

arrow Ətraflı
Azyaşlıya qarşı cinsi zorakılıq edən şəxs həbs edilib like
  • 09 Avq 18:50  
Digərləri Azyaşlıya qarşı cinsi zorakılıq edən şəxs həbs edilib

Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edi

arrow Ətraflı
"Nar” yenilənmiş “Şərq” rouminq paketlərini təqdim edib like
  • 09 Avq 18:48  
İqtisadiyyat "Nar” yenilənmiş “Şərq” rouminq paketlərini təqdim edib

Yeni paketdən Dubay və Birləşmiş Ərəb Əmirliklərinin digər şəhərlə

arrow Ətraflı
Danimarkalı rəqqasədən "Qarabağ"a dəstək like
  • 09 Avq 18:47  
Digərləri Danimarkalı rəqqasədən "Qarabağ"a dəstək

Danimarkalı rəqqasə Mette Svaned avqust ayının 23-də baş tutacaq "Ko

arrow Ətraflı
Mikroavtobus minik avtomobili ilə toqquşdu: 1 ölü, 4 yaralı like
  • 09 Avq 18:46  
Digərləri Mikroavtobus minik avtomobili ilə toqquşdu: 1 ölü, 4 yaralı

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

arrow Ətraflı
"Tamaşaya görə ana olmaq planımı təxirə saldım"  FOTO like
  • 09 Avq 18:45  
Digərləri "Tamaşaya görə ana olmaq planımı təxirə saldım" FOTO

Aktrisa Yeliz Şar yeni teatr tamaşasına hazırlaşır.   Son.az axşam.az

arrow Ətraflı
Bakı Fond Birjasının komitələrində DƏYİŞİKLİKLƏR like
  • 09 Avq 18:44  
Digərləri Bakı Fond Birjasının komitələrində DƏYİŞİKLİKLƏR

Tələt Qalayev Bakı Fond Birjasının listinq komitəsi və səlahiyyətli tre

arrow Ətraflı
Böyük Britaniya kilsələrinin birində pivəxana açılacaq like
  • 09 Avq 18:42  
Dünya Böyük Britaniya kilsələrinin birində pivəxana açılacaq

Böyük Britaniyanın Noric şəhərindəki MüqəddəsTomas adına

arrow Ətraflı
Acun İlıcalıdan "Fenerbahçe"ya dəstək - FOTO like
  • 09 Avq 18:41  
İdman Acun İlıcalıdan "Fenerbahçe"ya dəstək - FOTO

"Fiorentina", "İnter" və "Fenerbahçe" Dortmund "Borussia"s

arrow Ətraflı