ENOC İrana növbəti partiya neft göndərib


Digərləri 09 Avq 2017 18:20:00 44 0

ENOC İrana növbəti partiya neft göndərib

“Dragon Oil” şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkəti (ENOC) İrana neftin növbəti partiyasını yola salıb.

Bakı. “Dragon Oil” şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkəti (ENOC) İrana neftin növbəti partiyasını yola salıb. Azərbaycanın neft-qaz bazarındakı mənbədən Trend-ə verilən məlumata görə, bu, cari ay ərzində Rusiyanın “VF Tanker-20” gəmisinin İranın Neka limanına türkmən neftinin çatdırıılması üçün ikinci reysidir. Mənbə bildirib ki, iyul ayının sonunda “VF Tanker-20” gəmisi “Dragon Oil” şirkətinin neftini gətirdikdən sonra Bakıda reydə dayanıb. Lakin bir həftəlik gözləmədən sonra göyərtədə bəyan edilməmiş yükün tapılması ilə əlaqədar gəmi təcili surətdə İrana yola düşüb və İranın Milli Neft Şirkətinin (NIOC) terminalında yükü boşaldıb. Belə görünür, gəminin bu manevri “Dragon Oil” və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Neft Şirkətinin (ENOC) neft daşınması və gömrük rəsmiləşdirilməsi zamanı sənədlərdə yükün sonradan Avropaya tranzit məqsədi ilə boşaldılması yeri kimi Bakının göstərilməsi ilə bağlıdır. Belə ki, Türkmənistan hökuməti (Dövlət Gömrük Xidməti və digər strukturlar), çox güman ki, Türkmənistan neftinin İrana tədarükünə icazə vermir. İstisna deyil ki, “Dragon Oil” Türkmənistanla İran arasındakı soyuq münasibətlər səbəbindən həmin icazəni ala bilmir. Çünki Türkmənistandan İrana nəql olunmuş təbii qazın pulunun ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq var və İran beynəlxalq arbitrajda Türkmənistan əleyhinə iddia qaldırmaq niyyətindədir. Bundan başqa, gəminin həmin hərəkətləri “Dragon Oil” və ENOC-un İrana neft tədarük etdiklərini gizlətmək, bununla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozan şirkətlərin siyahısına düşməkdən yayınmaq istəmələri ilə bağlı ola bilər. Xatırladaq ki, NIOC və onun ticarət strukturu olan NICO, eləcə də onların müxtəlif ölkələrdəki bölmələri ABŞ-ın sanksiya siyahısına daxildir. Hazırda “Dragon Oil” və ENOC Rusiyanın “VF Tanker" gəmiçilik şirkətinə məxsus “VF Tanker-13” gəmisinə üçüncü partiyanı yükləməkdədir. Bu gəminin ABŞ-ın sanksiyalarına və Türkmənistanın gömrük nizamnaməsinə baxmayaraq, yenidən İrana gedib-getməyəcəyi sual altındadır.
loading...
"Ora kəşfiyatçı kimi gedib "Galatasaray"ı öldürəcəyik" like
  • 09 Avq 18:19  
İdman "Ora kəşfiyatçı kimi gedib "Galatasaray"ı öldürəcəyik"

"Kayserispor"un baş məşqçisi Marius Şimuditsa Türkiyə m

arrow Ətraflı
"Nişanım qayıdandan sonra evlənməkdən soyudum"  Vüqar like
  • 09 Avq 18:15  
Digərləri "Nişanım qayıdandan sonra evlənməkdən soyudum" Vüqar

Müğənni Vüqar Muradov ailə qurmaq niyyətindədir.

arrow Ətraflı
İran Azərbaycanla sərhəd zonasında xəstəxanalar tikir like
  • 09 Avq 18:12  
Digərləri İran Azərbaycanla sərhəd zonasında xəstəxanalar tikir

İranın Sosial Təminat Təşkilatının sağlamlıq turizmi ilə bağlı maste

arrow Ətraflı
ECB 10 il davam edən monetar ekspansiyanı tamamlayır like
  • 09 Avq 18:07  
İqtisadiyyat ECB 10 il davam edən monetar ekspansiyanı tamamlayır

FED və ECB-nin monetar sərtləşdirməyə eyni vaxtda başlaması gözlənilir

arrow Ətraflı
Masallıda qoyun oğruları saxlanılıb like
  • 09 Avq 18:04  
Digərləri Masallıda qoyun oğruları saxlanılıb

Masallıda çobanlıq edən şəxslər qoyun oğurlamaqda şübhəli biliniblər

arrow Ətraflı
"Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim etdi like
  • 09 Avq 17:56  
Digərləri "Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim etdi

Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qar

arrow Ətraflı
Bakı metropolitenindən xəbərdarlıq like
  • 09 Avq 17:54  
Digərləri Bakı metropolitenindən xəbərdarlıq

“Bakı Metropoliteni”ndə soyutma sistemi yoxdur”.

arrow Ətraflı
Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək like
  • 09 Avq 17:53  
Digərləri Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək

Avqustun 9-da Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliy

arrow Ətraflı
Abituriyentlərin ixtisas seçiminin başa çatacağı TARİX AÇIQLANDI like
  • 09 Avq 17:51  
Digərləri Abituriyentlərin ixtisas seçiminin başa çatacağı TARİX AÇIQLANDI

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan ab

arrow Ətraflı