Deputat: "13 yaşlı uşağın hədəfə alınması Ermənistanın cəzalandırılmamasının növbəti fəsadıdır"


Siyasət 09 Avq 2017 17:46:00 44 0

Deputat: "13 yaşlı uşağın hədəfə alınması Ermənistanın cəzalandırılmamasının növbəti fəsadıdır"

13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov avqustun 7-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayonunun Qaralar kəndinin sakini - 13 yaşlı Ramil Yusibovun yaralanmasına münasibət bildirərəkən deyib.

Millət vəkili bildirib ki, Ermənistan tərəfinin dinc əhalini hədəfə alması artıq adi hala çevrilib və onlar qadınları, azyaşlıları atəşə tutmaqla müharibənin yazılan və yazılmayan bütün qanunlarını pozurlar:

"Tovuz rayonunun Qaralar kəndi və sərhəddə yerləşən digər ərazilərdə yaşayan dinc sakinlər Ermənistan tərəfindən mütəmadi atəşə tutulur. Ermənilər bu hərəkətləri ilə gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərdə xof yaratmağa çalışırlar. Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə - Zəhra Quliyevanın öldürülməsi və bu hadisənin dünyada yaratdığı əks-sədadan ermənilər nəticə çıxarmayıblar. Bu təxribatların baş verməsinin əsas səbəbi isə Ermənistanın beynəlxalq səviyyədə həmin əməllərə görə cəzalandırılmamasıdır".

Deputat bildirib ki, 2 yaşlı Zəhranın öldürülməsi işğal altında olan ərazilərlə təmas xəttində baş vermişdi və Ermənistanın siyasi və hərbi rəhbərliyi müxtəlif bəhanələrlə faktı imitasiya etmək istəyirdi: "13 yaşlı Ramil Yusibovun yaralanması isə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verib. Bu fakt bir daha sübut edir ki, Ermənistanın cinayətkar rejimi bütün siyasətini Azərbaycan xalqına düşmənçilik və torpaqlarımızın işğalı üzərində qurub. Çox təəssüf ki, bu cür əməllərinə görə ATƏT-in Minsk qrupu başda olmaqla, beynəlxalq səviyyədə Ermənistana yetərincə təziqlər olunmur. Onlar isə bu təxribatçı əməllərinə davam edirlər".

Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Türkiyədə meşə yanğınları davam edir like
  • 09 Avq 17:43  
Digərləri Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində meşə yanğınları d

arrow Ətraflı
Ülvira ətəyini qaldırıb, ayaqlarını açdı  FOTO like
  • 09 Avq 17:42  
Digərləri Ülvira ətəyini qaldırıb, ayaqlarını açdı FOTO

Aparıcı Ülvira Qarayeva etdiyi paylaşımla yenidən diqqət mərkəzində...

arrow Ətraflı
Dolların qiyməti dəyişmədi like
  • 09 Avq 17:40  
Digərləri Dolların qiyməti dəyişmədi

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 10-na olan USD/AZN rəsmi məzənnə

arrow Ətraflı
Rauf Əliyev Albaniya klubunda like
  • 09 Avq 17:38  
İdman Rauf Əliyev Albaniya klubunda

“İnter”in hücumçusu Rauf Əliyev karyerasını

arrow Ətraflı
Aslı Muraddan ayrılmadığını belə sübut etdi  FOTO like
  • 09 Avq 17:37  
Digərləri Aslı Muraddan ayrılmadığını belə sübut etdi FOTO

Yenicə küsüb barışan müğənni Murad Boz və aktrisa Aslı Enver arasında

arrow Ətraflı
“Bu, şərəfsizliyin, qeyrətsizliyin zirvəsidir” like
  • 09 Avq 17:33  
Digərləri “Bu, şərəfsizliyin, qeyrətsizliyin zirvəsidir”

Son günlər Azərbaycan cəmiyyəti azyaşlıların zorlanması, pedofil-manyak

arrow Ətraflı
Mourinyo medalını azyaşlıya bağışladı like
  • 09 Avq 17:29  
İdman Mourinyo medalını azyaşlıya bağışladı

“Manchester Yunayted” UEFA Superkubok

arrow Ətraflı
Bakıda restoran sahibinin ağacları məhv etməsi ilə bağlı cinayət işi başlandı  FOTO like
  • 09 Avq 17:28  
Digərləri Bakıda restoran sahibinin ağacları məhv etməsi ilə bağlı cinayət işi başlandı FOTO

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsu

arrow Ətraflı
“Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim edib like
  • 09 Avq 17:26  
Digərləri “Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim edib

Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qar

arrow Ətraflı
Azərbaycanda vərəmə yoluxma halları azalıb like
  • 09 Avq 17:24  
Digərləri Azərbaycanda vərəmə yoluxma halları azalıb

2017-ci ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin mü

arrow Ətraflı
Ali məktəblərə ixtisas seçimi sabah başa çatır like
  • 09 Avq 17:22  
Digərləri Ali məktəblərə ixtisas seçimi sabah başa çatır

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituri

arrow Ətraflı
Abituriyentlərin ixtisas seçimi sabah başa çatır like
  • 09 Avq 17:21  
Sosial Abituriyentlərin ixtisas seçimi sabah başa çatır

İndiyədək 41 360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron

arrow Ətraflı
Bakıda qadın meyiti tapıldı like
  • 09 Avq 17:19  
Digərləri Bakıda qadın meyiti tapıldı

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

arrow Ətraflı