Bakıda restoran sahibinin ağacları məhv etməsi ilə bağlı cinayət işi başlandı FOTO


Digərləri 09 Avq 2017 17:28:00 58 0

Bakıda restoran sahibinin ağacları məhv etməsi ilə bağlı cinayət işi başlandı  FOTO

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbə sakininin "Bulaq" restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" xidmətinə müraciəti əsasında həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İş adamından təbiətə qarşı vəhşilik- Ağacların kötüklərini duzla yandırırmış - FOTO

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün "Bulaq" restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib.

Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib.

Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökülərək məhv edildiyi müəyyən olunub.

loading...
“Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim edib like
  • 09 Avq 17:26  
Digərləri “Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim edib

Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qar

arrow Ətraflı
Azərbaycanda vərəmə yoluxma halları azalıb like
  • 09 Avq 17:24  
Digərləri Azərbaycanda vərəmə yoluxma halları azalıb

2017-ci ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin mü

arrow Ətraflı
Ali məktəblərə ixtisas seçimi sabah başa çatır like
  • 09 Avq 17:22  
Digərləri Ali məktəblərə ixtisas seçimi sabah başa çatır

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituri

arrow Ətraflı
Abituriyentlərin ixtisas seçimi sabah başa çatır like
  • 09 Avq 17:21  
Sosial Abituriyentlərin ixtisas seçimi sabah başa çatır

İndiyədək 41 360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron

arrow Ətraflı
Bakıda qadın meyiti tapıldı like
  • 09 Avq 17:19  
Digərləri Bakıda qadın meyiti tapıldı

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 09 Avq 17:16  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 10.08.2017-ci il tarixind

arrow Ətraflı
Moskvada ticarət mərkəzi yanır like
  • 09 Avq 17:11  
Dünya Moskvada ticarət mərkəzi yanır

Moskvada ticarət mərkəzlərinin birində yanğın başlayıb.

arrow Ətraflı
Azərbaycanda telekanalın adı dəyişdirilir like
  • 09 Avq 17:10  
Digərləri Azərbaycanda telekanalın adı dəyişdirilir

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

arrow Ətraflı
Mənzildə qadın meyiti tapılıb like
  • 09 Avq 17:09  
Digərləri Mənzildə qadın meyiti tapılıb

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

arrow Ətraflı
Tanınmış dənizkənarı restoranda kütləvi dava like
  • 09 Avq 17:09  
Digərləri Tanınmış dənizkənarı restoranda kütləvi dava

Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

arrow Ətraflı
Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı intihar edib like
  • 09 Avq 17:06  
Sosial Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı intihar edib

Onun meyiti parkda gəzən yerli sakin tərəfindən aşkarlanıb

arrow Ətraflı