Restoranda 67 ağacın məhv edilməsi ilə bağlı cinayət işi başlanıb


Sosial 09 Avq 2017 16:49:26 52 0

Restoranda 67 ağacın məhv edilməsi ilə bağlı cinayət işi başlanıb

Təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbə sakininin “Bulaq” restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciəti əsasında həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalarla müəyyən edilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib.

Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib.

Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökülərək məhv edildiyi müəyyən olunub.

Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

loading...
Azərbaycanda telekanalın adı dəyişdirilir like
  • 09 Avq 16:49  
Digərləri Azərbaycanda telekanalın adı dəyişdirilir

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

arrow Ətraflı
Latviyada otelə silahlı hücum like
  • 09 Avq 16:49  
Digərləri Latviyada otelə silahlı hücum

Latviyanın paytaxtı Riqada naməlum silahlı şəxslər “Garden Palace&r

arrow Ətraflı
Məktəbli qızların dəqiqələrcə çəkən işgəncə görüntüsü yayıldı  VİDEO like
  • 09 Avq 16:47  
Dünya Məktəbli qızların dəqiqələrcə çəkən işgəncə görüntüsü yayıldı VİDEO

Türkiyənin Sivas rayonunda məktəbli 3 qız aralarında ədavət olan 17 ya

arrow Ətraflı
Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat like
  • 09 Avq 16:46  
Digərləri Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat

Mapbox.com və openstreetmap.org naviqasiya sistemində Azərbaycanın ərazi b&

arrow Ətraflı
Qazaxda xeyli sayda mobil telefon oğurlayan paytaxt sakini tutuldu like
  • 09 Avq 16:43  
Kriminal Qazaxda xeyli sayda mobil telefon oğurlayan paytaxt sakini tutuldu

Qazax rayonu ərazisindəki mağzalardan birindən xeyli sayda telefon oğurlanm

arrow Ətraflı
İranda üç qadın hökumətdə vəzifəyə təyin edilib like
  • 09 Avq 16:41  
Dünya İranda üç qadın hökumətdə vəzifəyə təyin edilib

Prezident Həsən Ruhani hökumətdə rəsmi vəzifələrə üç qadın təyin e

arrow Ətraflı
Bakı Metropolitenindən kondisionerlərlə bağlı açıqlama like
  • 09 Avq 16:41  
Digərləri Bakı Metropolitenindən kondisionerlərlə bağlı açıqlama

"Metroda kondisioner yoxdursa, əlimizdə ventilyator gəzdirək?!"

arrow Ətraflı
Elmar Məmmədyarov Ermənistan XİN başçısı ilə sentyabrda görüşəcək like
  • 09 Avq 16:38  
Siyasət Elmar Məmmədyarov Ermənistan XİN başçısı ilə sentyabrda görüşəcək

Görüşün gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə

arrow Ətraflı
Sükan arxasında canlı yayım edənlərə XƏBƏRDARLIQ like
  • 09 Avq 16:38  
Digərləri Sükan arxasında canlı yayım edənlərə XƏBƏRDARLIQ

Son zamanlar tez-tez sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da sür

arrow Ətraflı
"Expressbank" 50 min manatdan artıq “cashback” qaytarıb like
  • 09 Avq 16:37  
Digərləri "Expressbank" 50 min manatdan artıq “cashback” qaytarıb

ExpressClub müştərilər üçün düşünülmüş və onlara alış-veriş zam

arrow Ətraflı
Paşaliç: "Transferimdə başlıca amil Çempionlar Liqasında oynamaqdır" like
  • 09 Avq 16:37  
İdman Paşaliç: "Transferimdə başlıca amil Çempionlar Liqasında oynamaqdır"

"Chelsea"nin xorvatiyalı yarımmüdafiəçisi Mario Paşaliç qarşıdakı möv

arrow Ətraflı
Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirildi like
  • 09 Avq 16:36  
Digərləri Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirildi

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz döv

arrow Ətraflı