“Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim edib


Digərləri 09 Avq 2017 17:26:05 38 0

“Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim edib

Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qarşılamaq məqsədilə bir-birindən sərfəli rominq paketləri təklif edən “Nar” yenilənmiş “Şərq” paketlərini təqdim edib.

Bakı. Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qarşılamaq məqsədilə bir-birindən sərfəli rominq paketləri təklif edən “Nar” yenilənmiş “Şərq” paketlərini təqdim edib. Şirkətdən Trend-ə verilən məlumata görə, indi “Şərq” paketləri ilə səyahətdən həzz almanın tam zamanıdır. Artıq Dubay və Birləşmiş Ərəb Əmirliklərinin digər şəhərlərinə səyahət etdikdə, rominq xərclərini düşünmədən təəssüratlarını paylaşmaq və daim ünsiyyətdə qalmaq mümkündür. “Şərq” təklifi iki paketdən ibarətdir: “Şərq-5” və “Şərq-15”. “Şərq-5” paketinə gələn zənglər üçün 5 dəqiqə, çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş olunan andan etibarən 3 gün təşkil edir. “Şərq-15” paketi isə gələn zənglər üçün 15 dəqiqə, çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafikindən ibarətdir. Paketin istifadə müddəti sifariş olunduğu andan 30 gündür. “Şərq” paketlərindən birini hələ Azərbaycanda olarkən və ya Birləşmiş Ərəb Əmirliklərinə çatdıqda sifariş etmək olar. “Şərq-5” paketini sifariş etmək üçün +5 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#5#YES kodunu yığmaq, “Şərq-15” paketini sifariş etmək üçün isə +15 yazıb 777 qısa nömrəsinə SMS yollamaq və yaxud telefonun ekranında *777#15#YES kodunu yığmaq kifayətdir. Paketlərin sifariş sayına heç bir məhdudiyyət qoyulmur. Təklifdən BƏƏ-nin “DU” və ya “Etisalat” mobil operatorlarının şəbəkəsinə qoşulmuş öncədən və sonradan ödənişli bütün “Nar” abunəçiləri yararlana bilərlər. “Nar” rominq xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərir.
loading...
Azərbaycanda vərəmə yoluxma halları azalıb like
  • 09 Avq 17:24  
Digərləri Azərbaycanda vərəmə yoluxma halları azalıb

2017-ci ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin mü

arrow Ətraflı
Ali məktəblərə ixtisas seçimi sabah başa çatır like
  • 09 Avq 17:22  
Digərləri Ali məktəblərə ixtisas seçimi sabah başa çatır

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituri

arrow Ətraflı
Abituriyentlərin ixtisas seçimi sabah başa çatır like
  • 09 Avq 17:21  
Sosial Abituriyentlərin ixtisas seçimi sabah başa çatır

İndiyədək 41 360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron

arrow Ətraflı
Bakıda qadın meyiti tapıldı like
  • 09 Avq 17:19  
Digərləri Bakıda qadın meyiti tapıldı

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 09 Avq 17:16  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 10.08.2017-ci il tarixind

arrow Ətraflı
Moskvada ticarət mərkəzi yanır like
  • 09 Avq 17:11  
Dünya Moskvada ticarət mərkəzi yanır

Moskvada ticarət mərkəzlərinin birində yanğın başlayıb.

arrow Ətraflı
Azərbaycanda telekanalın adı dəyişdirilir like
  • 09 Avq 17:10  
Digərləri Azərbaycanda telekanalın adı dəyişdirilir

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

arrow Ətraflı
Mənzildə qadın meyiti tapılıb like
  • 09 Avq 17:09  
Digərləri Mənzildə qadın meyiti tapılıb

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

arrow Ətraflı
Tanınmış dənizkənarı restoranda kütləvi dava like
  • 09 Avq 17:09  
Digərləri Tanınmış dənizkənarı restoranda kütləvi dava

Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

arrow Ətraflı
Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı intihar edib like
  • 09 Avq 17:06  
Sosial Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı intihar edib

Onun meyiti parkda gəzən yerli sakin tərəfindən aşkarlanıb

arrow Ətraflı
Avqustun 10-na manatın məzənnəsi like
  • 09 Avq 17:05  
Digərləri Avqustun 10-na manatın məzənnəsi

Avqustun 10-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı