"İpoteka haqqında" qanuna əlavə və dəyişikliklərin detalları açıqlanıb


İqtisadiyyat 09 Avq 2017 16:29:55 33 0

"İpoteka haqqında" qanuna əlavə və dəyişikliklərin detalları açıqlanıb

Bağlanılan ipoteka müqavilələrində öz əksini tapan məlumatların sayının artırılması təklif olunur

Azərbaycanda bağlanılan ipoteka müqavilələrində öz əksini tapan məlumatların sayının artırılması təklif olunur.

“Report” xəbər verir ki, bu, “İpoteka haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı hazırlanan qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ipoteka müqavilələrində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix kimi məlumatlarla yanaşı, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinin mümkünlüyünü müəyyən edən şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmeti açıq bazarda satılarkən əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi də göstərilməlidir.

Bundan başqa, sənəddə təklif edilir ki, ipoteka müqaviləsində nəzərdə tutulduğu və yaxud ipoteka kağızının verildiyi hallarda əsas öhdəlik vaxtında icra edilmədikdə ipoteka saxlayana məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəltmək hüququ verilsin, bunun üçün ipoteka qoyandan notarial qaydada razılıq əldə olunması tələbi ləğv edilsin.

Həmçinin, layihəyə əsasən, ipoteka müqaviləsində ipoteka predmetinin açıq bazarda satılması nəzərdə tutulduqda, ilkin satış qiymətini müstəqil qiymətləndirici müəyyən edir. Onun xidmətindən istifadə olunması ilə bağlı xərclər müqaviləsində nəzərdə tutulduğu qaydada ödənilir. Satışdan əldə olunmuş gəlir isə müqaviləyə uyğun olaraq bölüşdürülür.

Yeri gəlmişkən, layihədə təklif olunur ki, əmlakın hərrac yolu ilə satışı ilk cəhddən baş tutmadıqda növbəti hərrac indiki qanunda nəzərdə tutulduğu kimi 45 gündən sonra deyil, 20 gündən sonra keçirilsin.

“Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15% aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, həmin qiymət ən azı hərracın keçirilməsi xərclərini və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərini ödəməyə kifayət etsin. Bundan başqa, ipoteka saxlayan ipoteka predmetini ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, həmin qiymət ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərini ödəməyə kifayət etsin”, - deyə layihədə qeyd olunub.

loading...
AMB-nin notlarına 13 investor maraq göstərib like
  • 09 Avq 16:26  
İqtisadiyyat AMB-nin notlarına 13 investor maraq göstərib

Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdiri

arrow Ətraflı
Adriana Lima o FOTOnu sildi like
  • 09 Avq 16:24  
Digərləri Adriana Lima o FOTOnu sildi

Türk yazar Metin Hara ilə yaşadığı eşqlə adından söz etdirən Adriana

arrow Ətraflı
Həbs olunan müstəntiqin adı İlhamə Quliyevanın ölümündə hallanır  ŞOK İDDİA like
  • 09 Avq 16:21  
Şou-biznes Həbs olunan müstəntiqin adı İlhamə Quliyevanın ölümündə hallanır ŞOK İDDİA

Azərbaycanın xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın vəfatınd

arrow Ətraflı
İsko "Real"da qalır like
  • 09 Avq 16:21  
İdman İsko "Real"da qalır

Madrid “Real”ının futbolçusu İsko komandasını dəyişmək haqd

arrow Ətraflı
Zərdabda evləri əlindən alınan ailə at arabasında yatır like
  • 09 Avq 16:19  
Digərləri Zərdabda evləri əlindən alınan ailə at arabasında yatır

Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı fem

arrow Ətraflı
Naxçıvan generalının 93 kiloqram heroinlə nə əlaqəsi...  FOTO like
  • 09 Avq 16:19  
Digərləri Naxçıvan generalının 93 kiloqram heroinlə nə əlaqəsi... FOTO

Naxçıvan daxili işlər naziri general Əhməd Əhmədovun işdən çıxarılm

arrow Ətraflı
Moskvanın mərkəzində ticarət mərkəzi yanıb like
  • 09 Avq 16:18  
Dünya Moskvanın mərkəzində ticarət mərkəzi yanıb

Taqanskaya meydanındakı ikimərtəbəli binadan 120 nəfər evakuasiya edilib

arrow Ətraflı
Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirilib like
  • 09 Avq 16:16  
Digərləri Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirilib

Balakəndə polis “Xaş-Xaş - 2017” adlı kompleks tədbirlər planına uy

arrow Ətraflı
Sevdanın makiyajsız FOTOsu like
  • 09 Avq 16:15  
Şou-biznes Sevdanın makiyajsız FOTOsu

Müğənni Sevda Yahyayevanın makiyajsız fotosu yayılıb.

arrow Ətraflı
Qazaxda xeyli sayda mobil telefon oğurlayan paytaxt sakini tutulub like
  • 09 Avq 16:12  
Digərləri Qazaxda xeyli sayda mobil telefon oğurlayan paytaxt sakini tutulub

Qazax rayonu ərazisindəki mağzalardan birindən xeyli sayda telefon oğurlanm

arrow Ətraflı
Azərbaycanda canavarların kəndlilərə misli görünməmiş hücumları like
  • 09 Avq 16:12  
Digərləri Azərbaycanda canavarların kəndlilərə misli görünməmiş hücumları

Azərbaycanda kəndlərə canavar hücumları artıb. Yırtıcıla

arrow Ətraflı
DİQQƏT! Bu ağartı məhsullarından uzaq durun like
  • 09 Avq 16:10  
Digərləri DİQQƏT! Bu ağartı məhsullarından uzaq durun

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların H

arrow Ətraflı
Latviyada silahlı şəxslər hoteli ələ keçirib like
  • 09 Avq 16:09  
Digərləri Latviyada silahlı şəxslər hoteli ələ keçirib

Latviyanın paytaxtı Riqada naməlum silahlı şəxslər “Garden Palace” ho

arrow Ətraflı