Bakı Metropolitenindən kondisionerlərlə bağlı açıqlama


Digərləri 09 Avq 2017 16:41:04 56 0

Bakı Metropolitenindən kondisionerlərlə bağlı açıqlama

"Metroda kondisioner yoxdursa, əlimizdə ventilyator gəzdirək?!"

"Metroda kondisioner yoxdursa, əlimizdə ventilyator gəzdirək?!"

Bir neçə gündür ki, Azərbaycan ərazisində, o cümlədən Bakıda dərəcəsi artıq 40-ı haqlamış isti havalar müşahidə edilir. Hətta verilən rəsmi məlumatlara görə, bu istilər normadan 3-4 dərəcə çoxdur. Təbii ki, bu qədər yüksək temperaturlu şəraitdə açıq havada işləmək, gəzmək çətin və dözülməz olur. İnsanların çox, sıx olduğu yerlərdə, qapalı məkanlarda, xüsusən də soyutma və ventilyasiya sistemi olmayan nəqliyyat vasitələrində nəfəs almaq çətinləşir, bəzən isə hətta sağlamlığında problemləri olan insanların həyatı üçün real təhlükə yaranır. Paytaxt Bakıda insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsi isə metrodur. Lakin metroda da cəmi 3-ü istisna olmaqla nə digər qatarlarda, nə platformalarda kondisioner sistemi yoxdur. Bu səbəbdən də sərnişinlərin böyük əksəriyyəti istilərin dözülməzliyini əsas gətirərək metro vaqonlarında və platformalarda kondisioner sisteminin olmamasından narazılıq və şikayət edirlər.

Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev son.az-a geniş açıqlama verib.

Onun sözlərinə görə, bəziləri hazırda həlli mümkün olmayan şeyləri qabardırlar: "İlk növbədə, söhbət havanın təkcə metroda isti olmasından getmir, havalar, ümumiyyətlə, Bakıda istidir və temperatur artıq 40 dərəcəni keçir. Metronun içində isə hava bayırdakından qat-qat sərindir. İkincisi, əgər digər qatarlardakı vaqonlarda kondisionerlərin olmamasından danışılırsa, hamı bilməlidir ki, bizim son dəfə 2015-ci ildə aldığımız 3 qatardakı vaqonlardan başqa heç birində kondisioner sistemi yoxdur. Kondisioner gərək ola ki, onun işləməməsindən şikayət edəsən. Axı bu qatarlarda kondisioner yoxdur. Olmayan şeyin nəyini müzakirə edək? Ona görə də hazırda qatarlarda kondisioner məsələsini müzakirə etmək əbəsdir. Köhnə qatarlarda isə istehsalçı tərəfindən quraşdırılması nəzərdə tutulmadığından kondisioner sistemi yoxdur. Əslində, mən insanları qınamıram. Onlar yayda metroda sərinlik istəyirlər, yerin altında, ictimai nəqliyyatda rahat olmaq istəyirlər. Amma reallığı da nəzərə almaq lazımdır. Əgər kondisioner sistemi yoxdursa, nə edək? Əlimizdə ventilyator gəzdirək, yoxsa gətirib ev kondisionerləri qoyaq?!

Biz indi maksimum dərəcədə çalışırıq ki, stansiyaları, tunelləri ventilyasiya vasitəsilə təbii havalandıraq ki, xoşagəlmək hal baş verməsin".

loading...
Elmar Məmmədyarov Ermənistan XİN başçısı ilə sentyabrda görüşəcək like
  • 09 Avq 16:38  
Siyasət Elmar Məmmədyarov Ermənistan XİN başçısı ilə sentyabrda görüşəcək

Görüşün gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə

arrow Ətraflı
Sükan arxasında canlı yayım edənlərə XƏBƏRDARLIQ like
  • 09 Avq 16:38  
Digərləri Sükan arxasında canlı yayım edənlərə XƏBƏRDARLIQ

Son zamanlar tez-tez sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da sür

arrow Ətraflı
"Expressbank" 50 min manatdan artıq “cashback” qaytarıb like
  • 09 Avq 16:37  
Digərləri "Expressbank" 50 min manatdan artıq “cashback” qaytarıb

ExpressClub müştərilər üçün düşünülmüş və onlara alış-veriş zam

arrow Ətraflı
Paşaliç: "Transferimdə başlıca amil Çempionlar Liqasında oynamaqdır" like
  • 09 Avq 16:37  
İdman Paşaliç: "Transferimdə başlıca amil Çempionlar Liqasında oynamaqdır"

"Chelsea"nin xorvatiyalı yarımmüdafiəçisi Mario Paşaliç qarşıdakı möv

arrow Ətraflı
Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirildi like
  • 09 Avq 16:36  
Digərləri Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirildi

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz döv

arrow Ətraflı
Silahlı şəxslər hoteli ələ keçirdilər  Latviyada like
  • 09 Avq 16:34  
Dünya Silahlı şəxslər hoteli ələ keçirdilər Latviyada

Latviyanın paytaxtı Riqada naməlum silahlı şəxslər "Garden Palace" hoteli

arrow Ətraflı
Moskvalı haker üzərində Putinin şəkli olan dollar çap etdirir like
  • 09 Avq 16:33  
Dünya Moskvalı haker üzərində Putinin şəkli olan dollar çap etdirir

Moskvalı haker qazanc əldə etmək üçün qeyri-adi üsula

arrow Ətraflı
Vüsalə ilə qızından yeni fotolar like
  • 09 Avq 16:33  
Şou-biznes Vüsalə ilə qızından yeni fotolar

Aparıcı Vüsalə Əlizadə qızı ilə yeni fotolarını paylaşıb. 

arrow Ətraflı
Cərrah qayçını qadının qarnında unutdu  "Eşidəndə şok keçirdim"  FOTO like
  • 09 Avq 16:30  
Dünya Cərrah qayçını qadının qarnında unutdu "Eşidəndə şok keçirdim" FOTO

Almaniyada yaşayan iki uşaq anası Emel Bingöl (38), 2017-ci ilin 3 fevral g

arrow Ətraflı
"İpoteka haqqında" qanuna əlavə və dəyişikliklərin detalları açıqlanıb like
  • 09 Avq 16:29  
İqtisadiyyat "İpoteka haqqında" qanuna əlavə və dəyişikliklərin detalları açıqlanıb

Bağlanılan ipoteka müqavilələrində öz əksini tapan məlumatların sayın

arrow Ətraflı
AMB-nin notlarına 13 investor maraq göstərib like
  • 09 Avq 16:26  
İqtisadiyyat AMB-nin notlarına 13 investor maraq göstərib

Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdiri

arrow Ətraflı
Adriana Lima o FOTOnu sildi like
  • 09 Avq 16:24  
Digərləri Adriana Lima o FOTOnu sildi

Türk yazar Metin Hara ilə yaşadığı eşqlə adından söz etdirən Adriana

arrow Ətraflı