Nazirlik: Bakıda atmosfer havasındakı azotun qatılığı normadan artıqdır


Sosial 09 Avq 2017 15:44:32 28 0

Nazirlik: Bakıda atmosfer havasındakı azotun qatılığı normadan artıqdır

Ümumilikdə respublikanın ayrı-ayrı bölgələrində təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, həmçinin respublikanın hava hövzəsində rаdiоaktiv çirklənmə üzrə müşаhidələr keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 8-də atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal qatılığının 1.4, his 1.1, furfurolun isə 1.6 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4, xlor 1.0 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.

Avqustun 8-dəsəth sularının monitorinqi zamanı 8 su nümunəsi götürülüb, 48 analiz aparılıb. Nəticələrin təhlilinə əsasən, Kiçik Qafqazın çaylarının suyunda oksigen rejimi, hidrogen göstəricisi norma daxilində olub. Sular rəngsiz və qoxusuzdur. Həmin gün torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 8 torpaq nümunəsində 16 fiziki-kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilində olub.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr respublikanın bütün bölgələrində gün ərzində üç dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) və 6 transsərhəd ərazilərdə (Astara, Beyləqan, Sədərək-Naxçıvan MR, Ağstafa, Quba rayonları və Pirallahı adası-Bakı) fəaliyyət göstərən tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə fasiləsiz olaraq aparılıb.

Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat - faktiki radiasiya şəraiti 9-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat - faktiki radiasiya şəraiti 11-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib.

Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat - faktiki radiasiya şəraiti 9-13 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat - faktiki radiasiya şəraiti 9-23 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).

Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat - faktiki radiasiya şəraiti 10-17 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat - faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Ümumilikdə gün ərzində respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən, təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

loading...
Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib like
  • 09 Avq 15:44  
Digərləri Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində o

arrow Ətraflı
Bakıda 62 dərəcə isti? like
  • 09 Avq 15:42  
Digərləri Bakıda 62 dərəcə isti?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda avtobus dayanacağın

arrow Ətraflı
Bu il “Azəriqaz” 37 yaşayış məntəqəsinə qaz verib like
  • 09 Avq 15:40  
İqtisadiyyat Bu il “Azəriqaz” 37 yaşayış məntəqəsinə qaz verib

Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarını

arrow Ətraflı
Dünyada yalnız 7 qadın Papa ilə görüşə ağ geyimdə gedə bilər like
  • 09 Avq 15:39  
Dünya Dünyada yalnız 7 qadın Papa ilə görüşə ağ geyimdə gedə bilər

Katolik kilsəsində ənənlərə çox ciddi yanaşılır. Onlardan biri d

arrow Ətraflı
"Juventus"un futbolçusu Premyer Liqada like
  • 09 Avq 15:38  
İdman "Juventus"un futbolçusu Premyer Liqada

İngiltərənin "Southempton" klubu növbəti transferini rəsmiləşdirib.

arrow Ətraflı
DYP və ekspertlər sükan arxasında oturaraq canlı yayım edənlərə xəbərdarlıq edib like
  • 09 Avq 15:38  
Sosial DYP və ekspertlər sükan arxasında oturaraq canlı yayım edənlərə xəbərdarlıq edib

“Söhbət cərimənin məbləğindən yox, baş verə bilən yol-nəqliyyat ha

arrow Ətraflı
Əfqanıstanda partlayış: like
  • 09 Avq 15:38  
Dünya Əfqanıstanda partlayış:

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

arrow Ətraflı
Bakıda əyləncə mərkəzində 23 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub like
  • 09 Avq 15:35  
Sosial Bakıda əyləncə mərkəzində 23 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə iclası ba

arrow Ətraflı
DİQQƏT! Bu yerli istehsal olan ağartı məhsullarından uzaq durun like
  • 09 Avq 15:35  
Digərləri DİQQƏT! Bu yerli istehsal olan ağartı məhsullarından uzaq durun

Məhsulun etiketində saxlama müddəti düzgün göstərilməlidir

arrow Ətraflı