Ombudsman Ermənistan tərəfindən mülki əhalinin hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi


Digərləri 09 Avq 2017 16:07:59 46 0

Ombudsman Ermənistan tərəfindən mülki əhalinin hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova beynəlxalq təşkilatlara müraciət edib.

Bu xəbəri də oxu: Azərbaycanda biyan zavodu tikilir

Son.az xəbər verir ki, qurumdan Trend-ə verilən məlumata görə, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb.

Müraciətdə deyilir: "Ermənistan silahlı qüvvələrinin bölmələri 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törəddikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.

Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər işğalçı Ermənistanın yürütdüyü davamlı terrorizm siyasətinin tərkib hissəsidir.

2017-ci ilin 4 iyul tarixində isə Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulmuş, nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı.

Göründüyü kimi, Ermənistan özünün təcavüzkar əməllərində əl çəkməyərək Ordumuzun cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozmaqda davam edir.

Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoyulması, kütləvi şəkildə insan hüquqlarının kobudcasına pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması ilə nəticələnən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan növbəti bir cinayət aktı kimi qiymətləndirilməlidir və beynəlxalq hüquq normalarına əsasən həmin cinayətləri törədənlərin cəzalandırılması istiqamətində təsirli tədbirlər görülməlidir.

Cəzasızlıq mühitinin arxayınçılığı belə səviyyəyə çatıb ki, dəfələrlə törətdiyi vəhşiliklər, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq avqustun 7-də 13 yaşlı Ramin Yusifovun yaralanması ilə nəticələnən növbəti cinayəti törətməkdən belə çəkinməmişdir.

loading...
İntihar etmiş 32 yaşlı Bakı sakininin vida məktubu like
  • 09 Avq 16:06  
Digərləri İntihar etmiş 32 yaşlı Bakı sakininin vida məktubu

Maddi imkansızlıq növbəti dəfə insan faciəsinə səbəb olub. Bakın

arrow Ətraflı
Koksaki virusu Türkiyəyə gedən turistlərin sayına təsir edib? like
  • 09 Avq 16:05  
Digərləri Koksaki virusu Türkiyəyə gedən turistlərin sayına təsir edib?

Türkiyədə koksaki virusunun yayılması ehtimalları ilə əlaqədar Azərbay

arrow Ətraflı
Lütfi Zadənin vəziyyəti ağırdır  FOTO like
  • 09 Avq 16:02  
Digərləri Lütfi Zadənin vəziyyəti ağırdır FOTO

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməs

arrow Ətraflı
Bakıda şortik geyinən qızlara münasibət like
  • 09 Avq 16:01  
Digərləri Bakıda şortik geyinən qızlara münasibət

Hər yayın məşhur mövzularından biri - şortik geyənlərə fərqli münasi

arrow Ətraflı
TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 65%-nin yeri təmizlənib like
  • 09 Avq 16:00  
İqtisadiyyat TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 65%-nin yeri təmizlənib

Hazırda boruların qaynaqlanması və kəmərin yatağının qazılması işlə

arrow Ətraflı
Neymarın debütü gecikir like
  • 09 Avq 16:00  
İdman Neymarın debütü gecikir

Neymarın Fransanın PSG klubunda debütü bu həftə də baş t

arrow Ətraflı
Azərbaycan bankında YENİ TƏYİNAT like
  • 09 Avq 15:56  
Digərləri Azərbaycan bankında YENİ TƏYİNAT

Musa Xudiyev "Rabitəbank"ın filiallarla iş üzrə departamentinin d

arrow Ətraflı
Sumqayıtda yanğın baş vermiş yataqxanada mənzillərin təmirinə başlanıb like
  • 09 Avq 15:55  
Digərləri Sumqayıtda yanğın baş vermiş yataqxanada mənzillərin təmirinə başlanıb

Avqustun 5-də Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən 5

arrow Ətraflı
"WhatsApp"da like
  • 09 Avq 15:51  
Digərləri "WhatsApp"da

"WhatsApp" istifadəçiləri üçün böyük təhlükə yaranıb.

arrow Ətraflı
Nail Allahverdiyev barəsində qərardan apelyasiya şikayəti verilməyib like
  • 09 Avq 15:47  
Digərləri Nail Allahverdiyev barəsində qərardan apelyasiya şikayəti verilməyib

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsind

arrow Ətraflı
Vergidən yayınmaların qarşısı alınıb like
  • 09 Avq 15:47  
Digərləri Vergidən yayınmaların qarşısı alınıb

Vergilər Nazirliyi tərəfindən iyul ayı ərzində həyata keçirilən araşd

arrow Ətraflı
Nazirlik: Bakıda atmosfer havasındakı azotun qatılığı normadan artıqdır like
  • 09 Avq 15:44  
Sosial Nazirlik: Bakıda atmosfer havasındakı azotun qatılığı normadan artıqdır

Ümumilikdə respublikanın ayrı-ayrı bölgələrində təbii mühitin radiasi

arrow Ətraflı
Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib like
  • 09 Avq 15:44  
Digərləri Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində o

arrow Ətraflı