Naxçıvan generalının 93 kiloqram heroinlə nə əlaqəsi... FOTO


Digərləri 09 Avq 2017 16:19:00 43 0

Naxçıvan generalının 93 kiloqram heroinlə nə əlaqəsi...  FOTO

Naxçıvan daxili işlər naziri general Əhməd Əhmədovun işdən çıxarılması ilə muxtar respublika gömrükçüləri tərəfindən bu ilin iyun ayında tutulan 93 kiloqram heroin arasında bağlılıq var.

Son.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytının Naxçıvandakı mənbələri veriblər. Mənbələrin bildirdiyinə görə, Naxçıvana iri həcmdə narkotikin keçirilməsi cəhdinin təhqiqatı zamanı bu işin arxasında daxili işlər nazirinin dayandığına dair ciddi qənaət ortaya çıxıb. Nəticədə general Əhməd Əhmədov əvvəlcə de-fakto vəzifəsinin icrasından kənarlaşdırılıb və bir müddət nəzarət altında olub. Həmin müddətdə nazirin barəsində toplanmış dosye Bakıya göndərilib və Əhməd Əhmədovun vəzifədən kənarlaşdırılması üçün ciddi əsaslar olduğundan mərkəz Naxçıvan rəhbərliyinin bu qərarına etiraz etməyib.

Xəbər verildiyi kimi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov daxili işlər naziri Əhməd Əhmədovun işdən azad edilməsinə dair sərəncamı iyulun 29-da imzalayıb. Lakin həmin sərəncamdan iki həftə əvvəldən xəbərlər yayılmışdı ki, Əhməd Əhmədov işdən kənarlaşdrılıb, hətta ev dustağı kimi saxlanılır. 17 ildir Naxçıvanın daxili işlər naziri vəzifəsini tutn Əhməd Əhmədov özünün qəddarlıqları ilə ad çıxarmışdı və son vaxtlar isə deyilənlərə görə, hətta Ali Məclis sədrinə də faktiki tabesizlik nümayiş etdirirmiş.

Naxçıvan gömrükçüləri tərəfindən külli miqdarda narkotik qaçaqmalçılığının qarşısının alınması bu il iyunun 18-də baş vermişdi. Həmin gün Naxçıvanın İranla sərhəd Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində Türkiyə Respublikası vətəndaş, 1967-ci ildə anadan olmuş Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı "Volvo" markalı yük maşınına gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93,6 kq olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Narkotik yüklü TIR-ın Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran üzərindən Türkiyəyə gedəcəyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən cinayət işi açılıb. Təhqiqat aparılıb. Böyük miqdarda heroinin sərhəddən keçirilməsinin qarşısının alınmasında iştirak edən gömrük əməkdaşlaı Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tərəfindən mükafatlandırılıb.

Maraqlıdır ki, həmin narkotik qaçaqmalçılığı cəhdindən dərhal sonra Naxçıvanın Türkiyə ilə sərhəddəki Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidov işdən çıxarılıb. Seyidov 2013-cü ildə Türkiyədə Naxçıvanla sərhəd gömrüyünün əməkdaşlarının korrupsiya və rüşvət işi üzrə həbs edilmişdi, daha sonra azadlığa buraxılmışdı və vəzifəsinə geri qaytarılmışdı. Mənbələrimiz bildirir ki, Seydovun işdən çıxarılması da həmin 93 kq narkotiklə əlaqəlidir. Çünki Şahtaxtı gömrüyündən Naxçıvana keçirilən narkotik daha sonra Sədərək gömrüyündən keçirilməklə Türkiyəyə aparılmalıydı.

Lakin təhqiqat zamanı Naxçıvan üzərindən narkotik qaçaqmalçılığı işinin general Əhmədova gedib çıxdığı məlum olub. Və bu fakt Əhmədovun işdən çıxarılmasında həlledici rol oynayıb.

loading...
Moskvanın mərkəzində ticarət mərkəzi yanıb like
  • 09 Avq 16:18  
Dünya Moskvanın mərkəzində ticarət mərkəzi yanıb

Taqanskaya meydanındakı ikimərtəbəli binadan 120 nəfər evakuasiya edilib

arrow Ətraflı
Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirilib like
  • 09 Avq 16:16  
Digərləri Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirilib

Balakəndə polis “Xaş-Xaş - 2017” adlı kompleks tədbirlər planına uy

arrow Ətraflı
Sevdanın makiyajsız FOTOsu like
  • 09 Avq 16:15  
Şou-biznes Sevdanın makiyajsız FOTOsu

Müğənni Sevda Yahyayevanın makiyajsız fotosu yayılıb.

arrow Ətraflı
Qazaxda xeyli sayda mobil telefon oğurlayan paytaxt sakini tutulub like
  • 09 Avq 16:12  
Digərləri Qazaxda xeyli sayda mobil telefon oğurlayan paytaxt sakini tutulub

Qazax rayonu ərazisindəki mağzalardan birindən xeyli sayda telefon oğurlanm

arrow Ətraflı
Azərbaycanda canavarların kəndlilərə misli görünməmiş hücumları like
  • 09 Avq 16:12  
Digərləri Azərbaycanda canavarların kəndlilərə misli görünməmiş hücumları

Azərbaycanda kəndlərə canavar hücumları artıb. Yırtıcıla

arrow Ətraflı
DİQQƏT! Bu ağartı məhsullarından uzaq durun like
  • 09 Avq 16:10  
Digərləri DİQQƏT! Bu ağartı məhsullarından uzaq durun

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların H

arrow Ətraflı
Latviyada silahlı şəxslər hoteli ələ keçirib like
  • 09 Avq 16:09  
Digərləri Latviyada silahlı şəxslər hoteli ələ keçirib

Latviyanın paytaxtı Riqada naməlum silahlı şəxslər “Garden Palace” ho

arrow Ətraflı
İntihar etmiş 32 yaşlı Bakı sakininin vida məktubu like
  • 09 Avq 16:06  
Digərləri İntihar etmiş 32 yaşlı Bakı sakininin vida məktubu

Maddi imkansızlıq növbəti dəfə insan faciəsinə səbəb olub. Bakın

arrow Ətraflı
Koksaki virusu Türkiyəyə gedən turistlərin sayına təsir edib? like
  • 09 Avq 16:05  
Digərləri Koksaki virusu Türkiyəyə gedən turistlərin sayına təsir edib?

Türkiyədə koksaki virusunun yayılması ehtimalları ilə əlaqədar Azərbay

arrow Ətraflı
Lütfi Zadənin vəziyyəti ağırdır  FOTO like
  • 09 Avq 16:02  
Digərləri Lütfi Zadənin vəziyyəti ağırdır FOTO

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməs

arrow Ətraflı
Bakıda şortik geyinən qızlara münasibət like
  • 09 Avq 16:01  
Digərləri Bakıda şortik geyinən qızlara münasibət

Hər yayın məşhur mövzularından biri - şortik geyənlərə fərqli münasi

arrow Ətraflı
TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 65%-nin yeri təmizlənib like
  • 09 Avq 16:00  
İqtisadiyyat TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 65%-nin yeri təmizlənib

Hazırda boruların qaynaqlanması və kəmərin yatağının qazılması işlə

arrow Ətraflı
Neymarın debütü gecikir like
  • 09 Avq 16:00  
İdman Neymarın debütü gecikir

Neymarın Fransanın PSG klubunda debütü bu həftə də baş t

arrow Ətraflı