Ombudsman Ermənistan tərəfindən mülki əhalinin hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib


Digərləri 09 Avq 2017 15:44:00 44 0

Ombudsman Ermənistan tərəfindən mülki əhalinin hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova beynəlxalq təşkilatlara müraciət edib.

Bakı. Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova beynəlxalq təşkilatlara müraciət edib. Qurumdan Trend-ə verilən məlumata görə, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb. Müraciətdə deyilir: "Ermənistan silahlı qüvvələrinin bölmələri 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törəddikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər işğalçı Ermənistanın yürütdüyü davamlı terrorizm siyasətinin tərkib hissəsidir. 2017-ci ilin 4 iyul tarixində isə Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulmuş, nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı. Göründüyü kimi, Ermənistan özünün təcavüzkar əməllərində əl çəkməyərək Ordumuzun cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozmaqda davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoyulması, kütləvi şəkildə insan hüquqlarının kobudcasına pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması ilə nəticələnən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan növbəti bir cinayət aktı kimi qiymətləndirilməlidir və beynəlxalq hüquq normalarına əsasən həmin cinayətləri törədənlərin cəzalandırılması istiqamətində təsirli tədbirlər görülməlidir. Cəzasızlıq mühitinin arxayınçılığı belə səviyyəyə çatıb ki, dəfələrlə törətdiyi vəhşiliklər, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq avqustun 7-də 13 yaşlı Ramin Yusifovun yaralanması ilə nəticələnən növbəti cinayəti törətməkdən belə çəkinməmişdir. Ermənistan 1988-ci ildən başladığı və uzun müddətli ara vermədən davam etdirdiyi hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ətraf yeddi rayonu işğal etmiş, bununla da ölkəmizin ərazisinin 20 faizi zəbt olunmuş, bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. 2016-cı ilin 2-5 aprel tarixlərində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələrinin, məktəb və digər sosial obyektlərin, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərinin ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə tutulması nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanmış, arasında uşaq olmaqla 6 nəfər həlak olmuşdur. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bu hadisələr isə Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, belnəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Bununla bağlı dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarıma bir daha müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, dinc əhalinin qətlə yetirilməsinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə, yalnız pisləmək deyil, qətiyyətli səylər göstərməyə çağırıram. Beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq cinayətləri törətmiş işğalçı Ermənistanı BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalıdır".
loading...
Bakıda 62 dərəcə isti? like
  • 09 Avq 15:42  
Digərləri Bakıda 62 dərəcə isti?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda avtobus dayanacağın

arrow Ətraflı
Bu il “Azəriqaz” 37 yaşayış məntəqəsinə qaz verib like
  • 09 Avq 15:40  
İqtisadiyyat Bu il “Azəriqaz” 37 yaşayış məntəqəsinə qaz verib

Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarını

arrow Ətraflı
Dünyada yalnız 7 qadın Papa ilə görüşə ağ geyimdə gedə bilər like
  • 09 Avq 15:39  
Dünya Dünyada yalnız 7 qadın Papa ilə görüşə ağ geyimdə gedə bilər

Katolik kilsəsində ənənlərə çox ciddi yanaşılır. Onlardan biri d

arrow Ətraflı
"Juventus"un futbolçusu Premyer Liqada like
  • 09 Avq 15:38  
İdman "Juventus"un futbolçusu Premyer Liqada

İngiltərənin "Southempton" klubu növbəti transferini rəsmiləşdirib.

arrow Ətraflı
DYP və ekspertlər sükan arxasında oturaraq canlı yayım edənlərə xəbərdarlıq edib like
  • 09 Avq 15:38  
Sosial DYP və ekspertlər sükan arxasında oturaraq canlı yayım edənlərə xəbərdarlıq edib

“Söhbət cərimənin məbləğindən yox, baş verə bilən yol-nəqliyyat ha

arrow Ətraflı
Əfqanıstanda partlayış: like
  • 09 Avq 15:38  
Dünya Əfqanıstanda partlayış:

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

arrow Ətraflı
Bakıda əyləncə mərkəzində 23 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub like
  • 09 Avq 15:35  
Sosial Bakıda əyləncə mərkəzində 23 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə iclası ba

arrow Ətraflı
DİQQƏT! Bu yerli istehsal olan ağartı məhsullarından uzaq durun like
  • 09 Avq 15:35  
Digərləri DİQQƏT! Bu yerli istehsal olan ağartı məhsullarından uzaq durun

Məhsulun etiketində saxlama müddəti düzgün göstərilməlidir

arrow Ətraflı
Ekspert: "ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir" like
  • 09 Avq 15:31  
Siyasət Ekspert: "ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir"

Avqustun 7-də Ermənistan qoşunlarının Tovuz rayonunda dinc sakinlərə hüc

arrow Ətraflı
Azərbaycanlı müğənninin yarımmilyonluq avtomobili  FOTO like
  • 09 Avq 15:29  
Şou-biznes Azərbaycanlı müğənninin yarımmilyonluq avtomobili FOTO

May ayında toy edib, özündən 16 yaş kiçik model xanımla evlənən, subayl

arrow Ətraflı