Məhkəmədə Akif Çovdarovun vəkilləri vəsatətlərlə çıxış ediblər


Digərləri 09 Avq 2017 14:55:00 51 0

Məhkəmədə Akif Çovdarovun vəkilləri vəsatətlərlə çıxış ediblər

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov bir neçə vəsatətlə çıxış ediblər. Onlar bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını, A.Çovdarovun təkrar tibbi məhkəmə ekspertizadan keçirilməsini tələb ediblər. Hazırda məhkəmə iclasında vəsatətlərlə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

loading...
Pula görə 16 yaşlı bacısını vermək istədi, sonra binadan atdı  VİDEO like
  • 09 Avq 14:53  
Dünya Pula görə 16 yaşlı bacısını vermək istədi, sonra binadan atdı VİDEO

Türkiyənin Kilis vilayətində dünən zorla ərə vermək istənildiyi üçü

arrow Ətraflı
"Fenerbahçe" Soldado ilə razılığa gəldi like
  • 09 Avq 14:52  
İdman "Fenerbahçe" Soldado ilə razılığa gəldi

Türkiyənin “Fenerbahçe” klubu son iki mövsümdə İspaniya təms

arrow Ətraflı
Məşhur azərbaycanlı alim Lütfi Zadənin vəziyyəti ağırdır like
  • 09 Avq 14:50  
Sosial Məşhur azərbaycanlı alim Lütfi Zadənin vəziyyəti ağırdır

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləş

arrow Ətraflı
E-arayış sistemində müraciətlərdə ilk yerdə "İş yerinə dair arayış" e-xidmətidir like
  • 09 Avq 14:48  
Digərləri E-arayış sistemində müraciətlərdə ilk yerdə "İş yerinə dair arayış" e-xidmətidir

Elektron arayış sistemində müraciətlərin sayına görə ilk yeri “İş y

arrow Ətraflı
Əfqanıstanda partlayış törədilib like
  • 09 Avq 14:47  
Digərləri Əfqanıstanda partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

arrow Ətraflı
Şirvan şəhərində mağazadan 12 mobil telefon oğurlanıb like
  • 09 Avq 14:45  
Digərləri Şirvan şəhərində mağazadan 12 mobil telefon oğurlanıb

İyulun 12-də Şirvan şəhəri ərazisindəki mağazalardan birindən 12 ədə

arrow Ətraflı
Quam adalarına nüvə zərbəsi? like
  • 09 Avq 14:44  
Dünya Quam adalarına nüvə zərbəsi?

ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı "misli görünməmiş od alovl

arrow Ətraflı
Cəbhədə növbəti yoxlama like
  • 09 Avq 14:39  
Digərləri Cəbhədə növbəti yoxlama

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğ

arrow Ətraflı
Ekspert: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir like
  • 09 Avq 14:38  
Digərləri Ekspert: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir

Avqustun 7-də Ermənistan qoşunlarının Tovuz rayonunda dinc sakinlərə hüc

arrow Ətraflı
Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb like
  • 09 Avq 14:37  
İqtisadiyyat Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb

Əmanət və kreditlər üzrə isə dollarlaşma dərəcəsi azalıb

arrow Ətraflı
İnsanı şirin canından bezdirən səbəblər like
  • 09 Avq 14:35  
Digərləri İnsanı şirin canından bezdirən səbəblər

İnformasiya texnologiyaları əsrinin təsirlərindəndir ki, bu gün hamı har

arrow Ətraflı
Akif Çovdarovun məhkəmə istintaqı tamamlanıb - YENİLƏNİB like
  • 09 Avq 14:35  
Sosial Akif Çovdarovun məhkəmə istintaqı tamamlanıb - YENİLƏNİB

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib

arrow Ətraflı