Quam adalarına nüvə zərbəsi?


Digərləri 09 Avq 2017 13:13:00 55 0

Quam adalarına nüvə zərbəsi?

ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı “misli görünməmiş od alovla” ilə hədələməsindən sonra Pxenyanla Vaşinqton arasında gərginliyin dozası daha da artıb. Virtualaz.org xəbər verir ki, bu gün Şimali Koreya rejimi ABŞ-ın Sakit okeandakı Quam adalarına nüvə başlıqlı ballistik raketlə zərbə endirmək planı hazırlandığını elan edib.

Koreya ordusunun yaydığı bəyanatda deyilir: “Koreya xalq ordusunun strateji qüvvələri hazırda Quam adaları rayonuna “Xvason-12” orta mənzilli ballistik raketi ilə zərbə endirilməsi planını diqqətlə araşdırır. Məqsəd ABŞ-ın regiondakı əsas hərbi bazasına, o cümlədən “Andersen” aviabazasına çıxışını məhdudlaşdırmaqdır. Plan qısa müddət ərzində ali baş komandana təqdim olunacaq”.

Bəyanatda deyilir ki, hərbçilər Kim Çen Indan əmr alan kimi bu planı həyata keçirəcəklər. “ABŞ dərk etməlidir ki, Şimali Koreyanın ballistik raketləri daimi döyüş hazırlığı vəziyyətindədir”-Koreya ordusu bildirir.

“Andersen” aviabazasında ABŞ-ın B-52 strateji bombardmançıları dislokasiya olunub. Quam adaları kiçik olsa da ABŞ üçün olduqca böyük strateji əhəmiyyətə malikdir. Bu adalardakı hərbi bazaları vasitəsilə ABŞ geniş regiona nəzarət edə bilir. Şimali Koreya ilə ABŞ arasında gərginlik BMT Təhlükəsizlik Şurasının Birləşmiş Ştatlar tərəfindən təqdim olunmuş sanksiyalar layihəsini təsdiqləməsindən sonra daha da artıb. Bundan əvvəl Şimali Koreya dalbadal raket sınaqları keçirmişdi və ABŞ ərazisini vura biləcək raketlərə malik olduğunu elan etmişdi. “The Washington Post” qəzetinin yazdığına görə Şimali Koreya artıq ballistic raketin başlığına yerləşdiriləcək həcmdə nüvə bombasına malikdir.

Şimali Koreyanın Quam adalarına zərbə endirmək planı barədə bəyanatından sonra ada sakinləri arasında təşviş yaranıb. Quam adaları mülki müdafiə və təhlükəsizlik bölməsi bəyanatla çıxış edərək sakinləri sakitliyə çağırıb. Bildirilib ki, hakimiyyət əhalini situasiyanın istənilən formada dəyişməsi ilə bağlı məlumatlandıracaq. “Biz sakinlərə sakitliyi saxlamağı məsləhət görürük, eyni zamanda Şimali Koreya adında təhlükənin olmasını da yaddan çıxarmalı deyilik və bütün təhlükələrə hazır olmalıyıq”-Quam hakimiyyətinin müraciətində deyilir. Bəyanata əsasən hazırda Quam adalarının 160 minlik sakinləri və adanın qonaqları üçün birbaşa təhdid mövcud deyil.

Quam adaları qubernatoru Eddi Kalvo bildirib ki, bu gün səhər Vaşinqtonla, Ağ evlə əlaqə saxlayıb və potensial təhlükə qarşısında ada sakinlərinin müdafiə olunacağına dair təminat alıb. “Quama hücum və ya təhdid Birləşmiş Ştatlara hücum və ya təhdiddir. Onlar dedilər ki, Amerika qorunacaq”-qubernator bildirib.

Quam adalarının qanunverici yığıncağının spikeri Benjamin Kruz isə “Assosiated press”ə açıqlamasında bildirib ki, adanın Şimali Koreyanın mümkün raket hücumu qarşısında müdafiə olunacağına inanır. “Biz sadəcə olaraq ümid və dua edirik ki, Birləşmiş Ştatlar və burada mövcud olan raketdən müdafiə sistemimiz bizi qorumağa qadirdir”-spiker bildirib. Kruz deyib ki, Şimali Koreyadan yönələn təhdidlər çox ciddidir və bu təhdidlər onları dayanıb insanların təhlükəsizliyi üçün dua etməyə məcbur edir.

ABŞ Hərbi Hava Qüvvələri isə bəyan edib ki, Quam adalarında dislokasiya olunmuş 37-ci ekspedisiya bombardman eskadrilyası elə bu gecə hərəkətə keçməyə hazırdır. Eskdarilya Cənubi Dakota ştatındakı “Ellsvort” aviabazasından Quama göndərilib. Avqustun 7-də isə “Andersen” aviabazasından qalxan Amerika B-1B Lancer bombardmançıları Yaponiya və Cənubi Koreya qırıcılarının müşaiyəti ilə Koreya yarımadasında təlim uçuşları keçirib. Məqsəd Şimali Koreyaya bomba zərbələrinin endirilməsini sınaqdan keçirməkdir.

loading...
Bakıda iki qardaş bıçaqlandı like
  • 09 Avq 13:10  
Digərləri Bakıda iki qardaş bıçaqlandı

Bakı şəhərində iki qardaş bıçaqlanıb.

arrow Ətraflı
ABA üzvləri 3 qanun layihəsini nəzərdən keçirir like
  • 09 Avq 13:09  
İqtisadiyyat ABA üzvləri 3 qanun layihəsini nəzərdən keçirir

Banklar yaxın günlərdə rəy və təkliflərini bildirməlidir

arrow Ətraflı
Vitseadmiral: "Türkiyə axıra qədər Azərbaycanın arxasında dayanacaq" like
  • 09 Avq 13:08  
Siyasət Vitseadmiral: "Türkiyə axıra qədər Azərbaycanın arxasında dayanacaq"

Türkiyənin tanınmış hərbi-geosiyasi strateqi, istefada olan vitse-admiral,

arrow Ətraflı
Bulvarda HƏYƏCANLI ANLAR: like
  • 09 Avq 13:06  
Digərləri Bulvarda HƏYƏCANLI ANLAR:

Dənizkənarı Milli Parkda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xil

arrow Ətraflı
Zığ və Masazırda təhlükə artır like
  • 09 Avq 13:04  
Digərləri Zığ və Masazırda təhlükə artır

Bakı və Abşeron yarımadasında sürüşmə sahələrində mövcud vəziyyət

arrow Ətraflı
Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər like
  • 09 Avq 13:03  
Digərləri Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər

Ermənistan hərbçiləri hərbi hissəni özbaşına tərk etmək və xidmətd

arrow Ətraflı
On üç il həbs cəzası verilmiş sabiq deputat bəraət almaq üçün məhkəməyə müraciət edib like
  • 09 Avq 13:01  
Sosial On üç il həbs cəzası verilmiş sabiq deputat bəraət almaq üçün məhkəməyə müraciət edib

O, birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini

arrow Ətraflı
"Cehizsiz gəlinlər"in aktyorunun ailəsində ağır itki  FOTO like
  • 09 Avq 12:45  
Şou-biznes "Cehizsiz gəlinlər"in aktyorunun ailəsində ağır itki FOTO

Aktyor Cövdət Şükürovun ailəsində ağır itki baş verib.

arrow Ətraflı
Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb like
  • 09 Avq 12:42  
Digərləri Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu

arrow Ətraflı