Vergi uçotundan yayınma hallarının qarşısı alınıb


Digərləri 09 Avq 2017 15:01:00 39 0

Vergi uçotundan yayınma hallarının qarşısı alınıb

2017-ci ilin aprel ayının 1-dən etibarən sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı elektron qaimə-fakturalar tətbiq edilir.

Bakı. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2017-ci ilin aprel ayının 1-dən etibarən sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı elektron qaimə-fakturalar tətbiq edilir. Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən müddət ərzində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi, elektron qaimə-faktulaların tətbiqi, əməliyyatların şəffaflaşdırılması və vergi uçotunun bərpasını nəzərdə tutan dəyişikliklərlə bağlı vergi ödəyiciləri arasında geniş məlumatlandırma işləri aparıb və görüşlər keçirilib. Bunlarla yanaşı, vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyətinin nəzarətdə saxlanılması üçün Vergilər Nazirliyində yaradılmış müvafiq məlumat bazalarında sözügedən dəyişikliklərlə əlaqədar məlumatlar mütəmadi olaraq araşdırılır, riskli vergi ödəyiciləri müəyyən edilir və həmin vergi ödəyiciləri üzrə nəzarət tədbirləri həyata keçirilir. Vergilər Nazirliyi tərəfindən iyul ayı ərzində həyata keçirilən araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklər yaranması halları aşkar edilib. Belə ki, bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyektləri (anbarı, mağasazı və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları “mal qalığı” kimi göstərirlər. Qeyd olunanlarla əlaqədar, Vergilər Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir neçə riskli vergi ödəyicilərində malların elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilməsinə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, eləcə də nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti həyata keçirilib. Bu tədbirlərin əsas məqsədi, vergi ödəyicilərində şəffaf vergi uçotunun qurulması və vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaqdır. Bu ilin iyul ayı ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 10 milyon 529 min manat dəyərində mal-materialın əskik gəldiyi (mövcud olmadığı), yəni vergi ödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etrilmədiyi və vergidən yayındırıldığı, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğu müəyyən edilib. Həyata keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1 milyon 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb. Vergilər Nazirliyi xəbərdarlıq edir ki, maliyyə sanksiyalarına və cərimələrə məruz qalmamaq üçün, vergi ödəyiciləri şəffaf vergi uçotunun qurulması, malların (işlərin, xidmətlərin) alışı və satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə ciddi əməl edilməsini təmin etməlidirlər.
loading...
İtaliyanın məşhur şokolad istehsalçısı Azərbaycan fındığına maraq göstərir like
  • 09 Avq 14:57  
İqtisadiyyat İtaliyanın məşhur şokolad istehsalçısı Azərbaycan fındığına maraq göstərir

"Ferrero" şirkəti Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətind

arrow Ətraflı
Zığ və Masazırda sürüşmə aktivləşib like
  • 09 Avq 14:57  
Digərləri Zığ və Masazırda sürüşmə aktivləşib

Bakı və Abşeron yarımadasında sürüşmə sahələrində mövcu

arrow Ətraflı
Məhkəmədə Akif Çovdarovun vəkilləri vəsatətlərlə çıxış ediblər like
  • 09 Avq 14:55  
Digərləri Məhkəmədə Akif Çovdarovun vəkilləri vəsatətlərlə çıxış ediblər

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli

arrow Ətraflı
Pula görə 16 yaşlı bacısını vermək istədi, sonra binadan atdı  VİDEO like
  • 09 Avq 14:53  
Dünya Pula görə 16 yaşlı bacısını vermək istədi, sonra binadan atdı VİDEO

Türkiyənin Kilis vilayətində dünən zorla ərə vermək istənildiyi üçü

arrow Ətraflı
"Fenerbahçe" Soldado ilə razılığa gəldi like
  • 09 Avq 14:52  
İdman "Fenerbahçe" Soldado ilə razılığa gəldi

Türkiyənin “Fenerbahçe” klubu son iki mövsümdə İspaniya təms

arrow Ətraflı
Məşhur azərbaycanlı alim Lütfi Zadənin vəziyyəti ağırdır like
  • 09 Avq 14:50  
Sosial Məşhur azərbaycanlı alim Lütfi Zadənin vəziyyəti ağırdır

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləş

arrow Ətraflı
E-arayış sistemində müraciətlərdə ilk yerdə "İş yerinə dair arayış" e-xidmətidir like
  • 09 Avq 14:48  
Digərləri E-arayış sistemində müraciətlərdə ilk yerdə "İş yerinə dair arayış" e-xidmətidir

Elektron arayış sistemində müraciətlərin sayına görə ilk yeri “İş y

arrow Ətraflı
Əfqanıstanda partlayış törədilib like
  • 09 Avq 14:47  
Digərləri Əfqanıstanda partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

arrow Ətraflı
Şirvan şəhərində mağazadan 12 mobil telefon oğurlanıb like
  • 09 Avq 14:45  
Digərləri Şirvan şəhərində mağazadan 12 mobil telefon oğurlanıb

İyulun 12-də Şirvan şəhəri ərazisindəki mağazalardan birindən 12 ədə

arrow Ətraflı
Quam adalarına nüvə zərbəsi? like
  • 09 Avq 14:44  
Dünya Quam adalarına nüvə zərbəsi?

ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı "misli görünməmiş od alovl

arrow Ətraflı
Cəbhədə növbəti yoxlama like
  • 09 Avq 14:39  
Digərləri Cəbhədə növbəti yoxlama

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğ

arrow Ətraflı
Ekspert: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir like
  • 09 Avq 14:38  
Digərləri Ekspert: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir

Avqustun 7-də Ermənistan qoşunlarının Tovuz rayonunda dinc sakinlərə hüc

arrow Ətraflı