E-arayış sistemində müraciətlərdə ilk yerdə "İş yerinə dair arayış" e-xidmətidir


Digərləri 09 Avq 2017 14:48:00 56 0

E-arayış sistemində müraciətlərdə ilk yerdə "İş yerinə dair arayış" e-xidmətidir

Elektron arayış sistemində müraciətlərin sayına görə ilk yeri “İş yerinə dair arayış” e-xidməti tutur

Bakı. Elektron arayış sistemində müraciətlərin sayına görə ilk yeri “İş yerinə dair arayış” e-xidməti tutur. Ötən dövrdə sistemə müraciətlərin 48,7 faizi bu e-xidmətə yönəlib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Cari ilin iyul ayında bu e-xidmətə əvvəlki iyun ayı ilə müqayisədə 13,4 faiz, ötən ilin iyul ayına nisbətən isə 21,2 faiz çox olmaqla, 26 435 müraciət qeydə alınıb. “İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan hər hansı vətəndaşa müvafiq hallarda real vaxt rejimində öz iş yerinə dair arayış əldə etmək imkanı verir. İstifadəçi portaldakı elektron arayış sisteminə daxil olduqdan sonra “İş yerinə dair arayış” e-xidmətini seçir. Bundan sonra istər ümumi təyinatlı, istərsə də konkret bir təşkilata təqdim etmək üçün, eyni zamanda istəyinə uyğun olaraq əmək haqqı göstərilməklə və ya göstərilmədən həmin arayışı əldə edir. Bu arayışı aidiyyəti quruma elektron şəkildə göndərmək, yaxud çap edərək kağız şəklində təqdim etmək də mümkündür. Bununla da qeyd olunan sənədin alınmasından ötrü vaxt sərf edərək işəgötürənə müraciət etməyə ehtiyac qalmır. “E-hökumət” portalının “Elektron arayışlar” bölməsində “Elektron arayışların yoxlanılması” xidməti isə arayışın təqdim edildiyi hər hansı quruma onun düzgünlüyünü, etibarlılığını yoxlamağa imkan verir. 2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti həmin vaxtdan da portalın elektron arayış sistemində mühüm yer tutub. Ötən dövrdə 622,3 mindən çox müraciətin qeydə alındığı “İş yerinə dair arayış” e-xidməti bu göstərici ilə elektron arayış sistemində müraciətlərin sayına görə ilk yerdədir. 17 növdə e-xidmətin göstərildiyi e-arayış sisteminə bu günə qədər müraciətlərin 48,7 faizi “İş yerinə dair arayış” e-xidmətinə yönəlib.
loading...
Əfqanıstanda partlayış törədilib like
  • 09 Avq 14:47  
Digərləri Əfqanıstanda partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

arrow Ətraflı
Şirvan şəhərində mağazadan 12 mobil telefon oğurlanıb like
  • 09 Avq 14:45  
Digərləri Şirvan şəhərində mağazadan 12 mobil telefon oğurlanıb

İyulun 12-də Şirvan şəhəri ərazisindəki mağazalardan birindən 12 ədə

arrow Ətraflı
Quam adalarına nüvə zərbəsi? like
  • 09 Avq 14:44  
Dünya Quam adalarına nüvə zərbəsi?

ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı "misli görünməmiş od alovl

arrow Ətraflı
Cəbhədə növbəti yoxlama like
  • 09 Avq 14:39  
Digərləri Cəbhədə növbəti yoxlama

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğ

arrow Ətraflı
Ekspert: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir like
  • 09 Avq 14:38  
Digərləri Ekspert: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir

Avqustun 7-də Ermənistan qoşunlarının Tovuz rayonunda dinc sakinlərə hüc

arrow Ətraflı
Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb like
  • 09 Avq 14:37  
İqtisadiyyat Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb

Əmanət və kreditlər üzrə isə dollarlaşma dərəcəsi azalıb

arrow Ətraflı
İnsanı şirin canından bezdirən səbəblər like
  • 09 Avq 14:35  
Digərləri İnsanı şirin canından bezdirən səbəblər

İnformasiya texnologiyaları əsrinin təsirlərindəndir ki, bu gün hamı har

arrow Ətraflı
Akif Çovdarovun məhkəmə istintaqı tamamlanıb - YENİLƏNİB like
  • 09 Avq 14:35  
Sosial Akif Çovdarovun məhkəmə istintaqı tamamlanıb - YENİLƏNİB

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib

arrow Ətraflı
Millimizin sabiq üzvü qəzada həyatını itirdi like
  • 09 Avq 14:34  
İdman Millimizin sabiq üzvü qəzada həyatını itirdi

Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ermənistan XİN başçısı Əliyevlə Sarkisyanın görüşü barədə like
  • 09 Avq 14:33  
Digərləri Ermənistan XİN başçısı Əliyevlə Sarkisyanın görüşü barədə

Hələlik Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sar

arrow Ətraflı
Goranboyda 12ci əsrə aid əşyalar tapıldı  VİDEO  FOTO like
  • 09 Avq 14:30  
Digərləri Goranboyda 12ci əsrə aid əşyalar tapıldı VİDEO FOTO

Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb. Son.az ARB 24-

arrow Ətraflı