Məhkəmədə Akif Çovdarovun vəkilləri vəsatətlərlə çıxış ediblər


Sosial 09 Avq 2017 13:53:00 53 0

Məhkəmədə Akif Çovdarovun vəkilləri vəsatətlərlə çıxış ediblər

Onlar təkrar tibbi məhkəmə ekspertizanın keçirilməsini tələb ediblər

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov bir neçə vəsatətlə çıxış ediblər. Onlar bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını, A.Çovdarovun təkrar tibbi məhkəmə ekspertizadan keçirilməsinitələb ediblər.

Hazırda məhkəmə iclasında vəsatətlərlə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

loading...
Elektron qeydiyyatı aparılan uşaqların sayı açıqlandı like
  • 09 Avq 13:49  
Digərləri Elektron qeydiyyatı aparılan uşaqların sayı açıqlandı

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu

arrow Ətraflı
Zərdabda dəhşət: evləri əlindən alınan ailə at arabasında yatır  FOTO like
  • 09 Avq 13:48  
Digərləri Zərdabda dəhşət: evləri əlindən alınan ailə at arabasında yatır FOTO

Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı tərəf

arrow Ətraflı
ABŞ və Çin arasında ticarət müharibəsi başlayıb like
  • 09 Avq 13:46  
İqtisadiyyat ABŞ və Çin arasında ticarət müharibəsi başlayıb

Alüminium folqasına idxal rüsumu 5 dəfə artırılır

arrow Ətraflı
Abbas: "Xoşbəxtəm ki, sənin kimi dünyalar qədər sevdiyim var" like
  • 09 Avq 13:45  
Şou-biznes Abbas: "Xoşbəxtəm ki, sənin kimi dünyalar qədər sevdiyim var"

Əməkdar artist Abbas Bağırovun anasının ad günüdür. 

arrow Ətraflı
“Aqrolizinq” ASC-nin əməkdaşı itkin düşüb like
  • 09 Avq 13:42  
Digərləri “Aqrolizinq” ASC-nin əməkdaşı itkin düşüb

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşı

arrow Ətraflı
ENOC sanksiyalara baxmayaraq İrana neft tədarükünü davam etdirir like
  • 09 Avq 13:41  
İqtisadiyyat ENOC sanksiyalara baxmayaraq İrana neft tədarükünü davam etdirir

BƏƏ-nin Milli Neft Şirkəti “Dragon Oil”la birlikdə növbəti neft parti

arrow Ətraflı
"Həvəsim bitənə qədər yox, ömrüm bitənədək yanında olacağam"  FOTO like
  • 09 Avq 13:40  
Şou-biznes "Həvəsim bitənə qədər yox, ömrüm bitənədək yanında olacağam" FOTO

Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşını ad gün

arrow Ətraflı
Bakıda 62 dərəcə isti?  RƏSMİ MÜNASİBƏT  FOTO like
  • 09 Avq 13:37  
Digərləri Bakıda 62 dərəcə isti? RƏSMİ MÜNASİBƏT FOTO

Ölkə ərazisində müşahidə edilən isti hava şəraiti avqust ayının 10-d

arrow Ətraflı
Nazirlik: Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma halları azalıb like
  • 09 Avq 13:36  
Sosial Nazirlik: Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma halları azalıb

56 şəhər və rayonda əhali tərəfindən istifadə olunan içməli suyun key

arrow Ətraflı
6 günlük uşaq, 6 metrlik quyu, səhər saat 6…  Lənkərandakı cinayətdə SATANİZM izləri like
  • 09 Avq 13:36  
Digərləri 6 günlük uşaq, 6 metrlik quyu, səhər saat 6… Lənkərandakı cinayətdə SATANİZM izləri

Ötən ayın sonlarında Lənkəranda 6 günlük körpənin öldürülməsi büt

arrow Ətraflı
Azərbaycan çempionatlarının bombardirləri - siyahı like
  • 09 Avq 13:34  
İdman Azərbaycan çempionatlarının bombardirləri - siyahı

Bu həftə Topaz Premyer Liqasında 2017/18 mövsümünə st

arrow Ətraflı
Azərbaycanın ərazi bütövlüyünə qarşı NÖVBƏTİ TƏXRİBAT  FOTO like
  • 09 Avq 13:33  
Digərləri Azərbaycanın ərazi bütövlüyünə qarşı NÖVBƏTİ TƏXRİBAT FOTO

Mapbox.com və Openstreetmap.org naviqasiya sistemində Azərbaycanın ərazi b

arrow Ətraflı