Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb


Digərləri 09 Avq 2017 12:42:00 44 0

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 6579 ərizənin onlayn qeydiyyatı (09.08.2017-ci il tarixinə saat 12:00-a olan məlumata əsasən) aparılıb.

Bakı. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 6579 ərizənin onlayn qeydiyyatı (09.08.2017-ci il tarixinə saat 12:00-a olan məlumata əsasən) aparılıb. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. 2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir. Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.
loading...
Trampın seçki qərargahı Rusiya məsələsi ilə bağlı sənədləri Senata göndərdi like
  • 09 Avq 12:41  
Dünya Trampın seçki qərargahı Rusiya məsələsi ilə bağlı sənədləri Senata göndərdi

ABŞ prezidenti Donald Trampın seçki qərargahı Rusiyanın ABŞ-dakı 2016-c

arrow Ətraflı
"KİA" velosipedçiləri vurub - 1 nəfər ölüb like
  • 09 Avq 12:39  
Digərləri "KİA" velosipedçiləri vurub - 1 nəfər ölüb

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəql

arrow Ətraflı
Monteneqroda güclü partlayış baş verib like
  • 09 Avq 12:36  
Digərləri Monteneqroda güclü partlayış baş verib

Monteneqronun paytaxtı Podqoritsada partlayış baş verib

arrow Ətraflı
15 yaşlı oğluna Ferrari aldı  VİDEO  FOTO like
  • 09 Avq 12:36  
Digərləri 15 yaşlı oğluna Ferrari aldı VİDEO FOTO

Birləşmiş Ərəb Əmirliklərində yaşayan milyarder iş adamı, "Saif

arrow Ətraflı
Sabah Bakı və Abşeronda hava şəraiti dəyişiləcək like
  • 09 Avq 12:34  
Digərləri Sabah Bakı və Abşeronda hava şəraiti dəyişiləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə hava şəraitinin dəy

arrow Ətraflı
Azərbaycan futbolunda tarixi təyinat like
  • 09 Avq 12:33  
İdman Azərbaycan futbolunda tarixi təyinat

Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbu

arrow Ətraflı
Rəqsanənin oteldə bir gecəsinin VİDEOsu like
  • 09 Avq 12:28  
Şou-biznes Rəqsanənin oteldə bir gecəsinin VİDEOsu

Türkiyədə istirahət edən müğənni Rəqsanə İsmayılova həmin anları t

arrow Ətraflı
Novxanıda ağır yol qəzası - ölən və yaralananlar var like
  • 09 Avq 12:27  
Digərləri Novxanıda ağır yol qəzası - ölən və yaralananlar var

Abşeron rayonunun Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Nəvə oxudu, qoca nənə kövrəlib ağladı  VİDEO  FOTO like
  • 09 Avq 12:27  
Digərləri Nəvə oxudu, qoca nənə kövrəlib ağladı VİDEO FOTO

ABŞ-ın Florida ştatındakı Palm-Biç şəhərində yaşayan Eş Ruis çox se

arrow Ətraflı
Bakıda 17 uşağı gün vurub, like
  • 09 Avq 12:25  
Digərləri Bakıda 17 uşağı gün vurub,

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi

arrow Ətraflı
5 qəzada 5 nəfər həyatını itirib, 17 nəfər yaralanıb like
  • 09 Avq 12:24  
Digərləri 5 qəzada 5 nəfər həyatını itirib, 17 nəfər yaralanıb

Ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Millət vəkili: "Astan Şahverdiyevin bəyanatını parlamentin heç bir üzvü bölüşmür" like
  • 09 Avq 12:23  
Digərləri Millət vəkili: "Astan Şahverdiyevin bəyanatını parlamentin heç bir üzvü bölüşmür"

Teleqraf.com-un suallarını Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siya

arrow Ətraflı