Qızmar istilərdən sonra hava sərinləşəcək - temperatur 3-5 dərəcə enəcək


Digərləri 09 Avq 2017 12:10:00 55 0

Qızmar istilərdən sonra hava sərinləşəcək - temperatur 3-5 dərəcə enəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq. Xəbərdarlıq Bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-11-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Tibbi meteoroloji proqnoz Avqustun 10-11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi müsbət amildir. Azərbaycanın rayonlarında avqustun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Xəbərdarlıq Bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-u səhərdən 11-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Böyük Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
loading...
Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır like
  • 09 Avq 12:07  
Digərləri Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Ə

arrow Ətraflı
Sabahdan havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək, yağış yağacaq - XƏBƏRDARLIQ like
  • 09 Avq 12:07  
Sosial Sabahdan havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək

arrow Ətraflı
Xırdalanda yaşayış evi yanır - FOTO like
  • 09 Avq 12:05  
Sosial Xırdalanda yaşayış evi yanır - FOTO

FHN əməkdaşlarından birinin halı pisləşib

arrow Ətraflı
Adriana keçmiş sevgilisini evinə çağırdı like
  • 09 Avq 12:05  
Digərləri Adriana keçmiş sevgilisini evinə çağırdı

Yay boyunca sevgilisi, türk yazar Metin Hara ilə yaşadığı eşq səbəbind

arrow Ətraflı
Prezident İlham Əliyev Mikayıl Müşfiqin abidəsini ziyarət edib like
  • 09 Avq 12:00  
Siyasət Prezident İlham Əliyev Mikayıl Müşfiqin abidəsini ziyarət edib

Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub

arrow Ətraflı
Azərbaycanlı aparıcının özəl günü  FOTO like
  • 09 Avq 12:00  
Şou-biznes Azərbaycanlı aparıcının özəl günü FOTO

Aparıcı Zümrüd Bədəlova ad gününü qeyd edib. 

arrow Ətraflı
Deputat: "Ermənistanın mülki əhalini atəşə tutması hərbi cinayətdir" like
  • 09 Avq 11:55  
Siyasət Deputat: "Ermənistanın mülki əhalini atəşə tutması hərbi cinayətdir"

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanl

arrow Ətraflı
İcra hakimiyyəti imamların saqqalını ölçəcək: 3 santimetrdən uzun olmaz like
  • 09 Avq 11:54  
Digərləri İcra hakimiyyəti imamların saqqalını ölçəcək: 3 santimetrdən uzun olmaz

Tacikistanın Xatlon vilayətinin Dusti rayonunda yerli imam-xətiblər ü&c

arrow Ətraflı
Azərbaycanda banklar il ərzində dollar satışını 2,7 dəfə azaldıblar like
  • 09 Avq 11:51  
Digərləri Azərbaycanda banklar il ərzində dollar satışını 2,7 dəfə azaldıblar

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda banklar 621,67 milyon dollar s

arrow Ətraflı
“İnter” “Keşlə” olacaq" - Rəsmi like
  • 09 Avq 11:51  
İdman “İnter” “Keşlə” olacaq" - Rəsmi

“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov klubun rəsm

arrow Ətraflı
Rəqsanənin yataq otağı paylaşımları  FOTO like
  • 09 Avq 11:51  
Şou-biznes Rəqsanənin yataq otağı paylaşımları FOTO

Bir müddətdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova əri ilə T

arrow Ətraflı